Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub
24 Noyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
320
22.07.2024, 12:33
“The Times of Israel” yazır ki, Netanyahu Vaşinqtona səfərə yola düşməzdən əvvəl verdiyi açıqlamada Baydenin prezidentlik yarışından geri çəkilməsindən danışıb.
Oxu24.com xəbər verir ki, bu mövzuda ilk dəfə bir qiymətləndirmə edən Netanyahu, Bayden-i İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumlarına verdiyi dəstəyə görə tərifləyib.
İsrailin baş naziri səfər zamanı Baydeni görməyə ümid etdiyini bildirib və "onun səfəri Baydenə uzun və görkəmli karyerası boyunca İsrail üçün etdiklərinə görə təşəkkür etmək fürsəti olacaq",-deyə qeyd edib.
Netanyahu Vaşinqtona səfəri zamanı 7 oktyabr hücumlarından sonra davam edən hadisələrin müzakirə ediləcəyi mesajını verdi və Baydenlə "girovların azad edilməsi, HƏMAS-ın məğlubiyyəti, İranın terror oxu ilə qarşı-qarşıya qalması və sülhün təmin edilməsi məsələlərini müzakirə edəcəklərini" bildirib.
Netanyahu həmçinin iki ölkənin “vahid cəbhə” olmasının vacibliyini vurğulayaraq, ABŞ və İsrailin “bu gün, sabah və hər zaman bir yerdə” olduğunu bildirib.
ABŞ-a səfərə gedən Netanyahunun iyulun 24-də ABŞ Konqresinin birgə iclasında çıxış edəcəyi gözlənilir.
Bernie Sanders də daxil olmaqla bir çox konqres üzvü çıxışı boykot edəcəklərini və iştirak etməyəcəklərini açıqlayıblar.
Bu ünvan üçün Vaşinqtona gedəcək Netanyahu oktyabrın 7-dən bəri ilk xarici səfərini ABŞ-a edəcək. Səfər çərçivəsində Netanyahunun ABŞ prezidenti Co Baydenlə də görüşəcəyi gözlənilir.
Miri
20:50 / 24 Noyabr 2026
22
20:45 / 24 Noyabr 2026
31
20:40 / 24 Noyabr 2026
51
20:34 / 24 Noyabr 2026
65
20:32 / 24 Noyabr 2026
69
20:30 / 24 Noyabr 2026
64
20:30 / 24 Noyabr 2026
71
20:26 / 24 Noyabr 2026
280
20:20 / 24 Noyabr 2026
76
20:05 / 24 Noyabr 2026
89
20:02 / 24 Noyabr 2026
81
19:57 / 24 Noyabr 2026
218
19:47 / 24 Noyabr 2026
110
19:39 / 24 Noyabr 2026
101
19:34 / 24 Noyabr 2026
95
19:30 / 24 Noyabr 2026
108
19:26 / 24 Noyabr 2026
176
19:05 / 24 Noyabr 2026
125
18:53 / 24 Noyabr 2026
107
18:50 / 24 Noyabr 2026
146
18:44 / 24 Noyabr 2026
573
18:41 / 24 Noyabr 2026
113
18:37 / 24 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.