"TikTok"da qlobal problemlər yaşanır
25 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
327
15.06.2024, 22:23
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri şahzadə Faysal bin Fərhan Əl Səud bildirib ki, Rusiya-Ukrayna münaqişəsini həll etmək məqsədi daşıyan istənilən etibarlı sülh prosesi Rusiyanın iştirakını tələb edir.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
O vurğulayıb ki, krallıq beynəlxalq ictimaiyyətin münaqişənin həllinə aparan yol xəritəsinin bir hissəsi kimi çətin kompromislər tələb edən ciddi danışıqlara doğru istənilən addımı təşviq etməsini vacib hesab edir.
Şahzadə ümid etdiyini bildirib ki, İsveçrədə Ukrayna üzrə sammitin nəticələri yuxarıda təsvir olunan məqsədləri əks etdirəcək.
Bundan əvvəl İsveçrə prezidenti Viola Amherd demişdi ki, Ukraynada sülh prosesi Rusiya Federasiyasının iştirakı olmadan təsəvvür edilə bilməz.
İsveçrənin Bürgenstok kurortunda Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit keçirilir.
İyunun 15-də İtaliyanın baş naziri Giorgia Meloni Rusiyanın aktivlərinin blokdan çıxarılması perspektivini Ukraynadakı sülh prosesi və Kiyevə təzminatla əlaqələndirib.
Bundan əvvəl Zelenski Putinin sülh danışıqlarının başlaması ilə bağlı şərtlərini “etibar etmək mümkün olmayan ultimatum” adlandırmışdı.
Miri
11:10 / 25 Noyabr 2026
1
10:55 / 25 Noyabr 2026
149
10:55 / 25 Noyabr 2026
50
10:52 / 25 Noyabr 2026
58
10:50 / 25 Noyabr 2026
52
10:46 / 25 Noyabr 2026
82
10:35 / 25 Noyabr 2026
79
10:25 / 25 Noyabr 2026
93
10:24 / 25 Noyabr 2026
89
10:15 / 25 Noyabr 2026
94
10:05 / 25 Noyabr 2026
101
09:55 / 25 Noyabr 2026
106
09:50 / 25 Noyabr 2026
250
09:30 / 25 Noyabr 2026
770
09:30 / 25 Noyabr 2026
125
09:26 / 25 Noyabr 2026
130
09:25 / 25 Noyabr 2026
118
09:21 / 25 Noyabr 2026
127
09:00 / 25 Noyabr 2026
118
00:31 / 25 Noyabr 2026
188
00:17 / 25 Noyabr 2026
220
23:55 / 24 Noyabr 2026
209
23:48 / 24 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.