Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstanda hicab qadağası qoyulub

Qazaxıstanda hicab qadağası qoyulub

DÜNYA

334

14.06.2024, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan parlamentində ictimai yerlərdə dini geyim geyinməyə qadağa qoyula bilər.

 

Oxu24.com xəbər verir  ki,bunu Milli Məclisin deputatı Ərmurat Bapi deyib.

 

Onun sözlərinə görə, cəmiyyətdə dini geyimlərin qadağan olunması məsələsi aktuallaşıb.

 

“İndi bizim üçün ən vacib məsələ ölkəmizin milli maraqlarının, milli adət-ənənələrimizin, milli mədəniyyətimizin qorunub saxlanmasıdır və indiki vəziyyətə baxsanız, bu vəziyyət bizim gələcəyimizə ciddi ziyan vurur milli maraqlar,” Bapi bildirib.

 

Deputatın qeyd etdiyi kimi, qarşıdakı sessiyada müvafiq qanun layihəsi parlamentə daxil ediləcək.

 

“Ona görə də biz bir qrup deputat olaraq belə bir qanun layihəsi hazırlamışıq ki, payız sessiyasında bu layihə qəbul olunduqdan sonra cəmiyyətdə hicab, niqab və digər dini geyimlərlə bağlı məsələ öz həllini tapacaq. O zaman yəqin ki, dini geyim (geyinmə) məsələlərini hansısa yolla tənzimləyə biləcəyik”, - deyə o, yekunlaşdırıb.

 

Miri