Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

2018-08/1534489335_ders.jpg

CƏMİYYƏT

1341

17.08.2018, 11:01

\"\" Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq.
Oxu24.com  xəbər verir ki, buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir. Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə \"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi\"ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.