Bu gün Gənclər Günüdür
02 Fevral 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
660
21.01.2020, 14:59
“Azərbaycanda koronovirusa yoluxma faktı qeydə alınmayıb”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə “Report”a açıqlamasında deyib ki, bu viruslar dünyada geniş yayılıb.
O qeyd edib ki, bütün ölkələrdə müşahidə olunan kəskin respirator virus infeksiyalarının 4-9%-ə qədəri məhz koronoviruslar tərəfindən törədilir:
“Çində aşkar olunan yeni virus növü ağır gedişi ilə seçilir. Bu virusdan ölüm faizi 35-ə bərabərdir”.
Mütəxəssis vurğulayıb ki, virus iki yolla yoluxur:
“Birincisi qidadan, ikinci isə hava damcı yolu ilə keçir. Qidadan yoluxma zamanı əsasən, mədə-bağırsaq problemləri özünü büruzə verir. Tənəffüs yolları ilə yoluxanda bu ağciyərlərin zədələnməsi ilə fəsadlaşa bilər. Bu zaman ağciyərlər sıradan çıxır və kəskin ağciyər çatışmazlığından insan tələf olur”.
C.İsayev virusun Azərbaycana keçmək ehtimalının yüksək olduğuna diqqət çəkərək deyib ki, ölkədən Çinə xeyli gediş-gəliş var:
Həmçinin oxuyun
“Vətəndaşlarımıza məsləhət görərdik ki, Çinə gedərkən xəstəliyin yayıldığı bölgələrdə olmasınlar və zöhkəm əlaməti olan insanlarla təmasdan çəkinsinlər. Çünki bu vuris sıx təmas olan zaman yoluxur. Təmas olmasa və maska taxılsa yoluxma ehtimalı qat-qat aşağı düşür”.
Baş infeksionist əlavə edib ki, virus xarici təsirlərə dözümsüzdür:
“Belə ki, bu virusa yoluxan insanlar 37 dərəcə temperaturda 15 dəqiqəyə tələf olurlarsa, 56 dərəcədə ani olaraq ölürlər. Yoluxma halında insan müxtəlif məhlullara həssas olduğundan tezlikcə tələf ola bilir. Bu qaydalara əməl olunsa yoluxma ehtimalı azalar. Virusa yoluxma ciddi gedişə malik olduğundan ölkədə yoluxma faktı qeydə alınsa isi dərhal məlumatlı olardıq. Bu gün üçün Azərbaycanda belə hal yoxdur”.
Qeyd edək ki, Çində yeni tipli koronavirusa yoluxanların sayı 291 nəfərə çatıb. Son 24 saat ərzində ölkənin orta bölgəsindəki Hubei əyalətində, habelə paytaxt Pekində və Şanqhaidə 77 yoluxma halı qeydə alınıb. Daha doqquz bölgədə koronavirus şübhəsi ilə 27 xəstə aşkarlanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 22-də koronavirusla bağlı Fövqəladə Hallar üzrə Komitənin toplantısını çağırıb. Məqsəd Ghebreyesus yeni koronavirus alovlanmasının ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət yaradan bir hadisə olub-olmadığını müəyyənləşdirmək və onun idarə oluması ilə bağlı müvafiq tövsiyələrin hazırlanmasıdır.
00:13 / 02 Fevral 2026
50
23:54 / 01 Fevral 2026
867
23:52 / 01 Fevral 2026
166
23:20 / 01 Fevral 2026
165
23:06 / 01 Fevral 2026
181
21:19 / 01 Fevral 2026
353
20:51 / 01 Fevral 2026
369
20:44 / 01 Fevral 2026
526
20:40 / 01 Fevral 2026
384
20:19 / 01 Fevral 2026
507
19:59 / 01 Fevral 2026
2122
19:31 / 01 Fevral 2026
526
19:04 / 01 Fevral 2026
281
17:55 / 01 Fevral 2026
239
17:21 / 01 Fevral 2026
2687
17:19 / 01 Fevral 2026
254
17:04 / 01 Fevral 2026
232
16:49 / 01 Fevral 2026
577
16:47 / 01 Fevral 2026
163
16:26 / 01 Fevral 2026
307
16:14 / 01 Fevral 2026
251
16:06 / 01 Fevral 2026
417
15:51 / 01 Fevral 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.