Qaynar xətt:

(+99450) 247 90 86

"Mak Marine" şirkətinin rəhbəri Şəhidlər Xiyabanını ziyarət edib

2020/01/20/1579502163_626c42c0-50a8-4649-9a66-9575d49a9c9e.jpg

CƏMİYYƏT

1227

20.01.2020, 10:29

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.
 

Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Bu gün Şəhidlər Xiyabanına insan axını olub.

Oxu24.com  xəbər  verir  ki, Şəhidləri ziyarət  edənlər  sırasında  "Mak Marine LTD" şirkətinin təsisçisi və rəhbərli  Mətanət  Süleymanzadə də olub.O, Şəhidlər Xiyabanını oğlu ilə  ziyarət edib  və Şəhidlərin  məzarı önünə  çiçək dəstələri  düzüb.

Mətanət Süleymanzadə  saytımıza  açıqlamasında bildirib ki, bugünki yaşayışımıza görə Şəhidlərimizə  borcluyuq.

"Hamımızın borcudur ki, Vətənimizin,Dövlətimizin müstəqilliyi üçün canını fəda etmiş  insanları xatırlasın. Mən bu gün bura övladımla gəldim. Çünki övladlarımız bizim gələcəyimizdir. Onlar tariximizi bilməlidir", deyə M.Süleymanzadə bildirib.