Bu gün Gənclər Günüdür
02 Fevral 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
762
19.01.2020, 22:17
Əgər kimsə İmamzadə qəbiristanlığında dəfn olunarsa, bu amil onun aqibəti üçün çoxmu təsirlidir?
Bilməliyik ki, insanın aqibəti üçün həyatda etdiyi əməllər, iman və etiqadı faydalıdır. Özündən sonra qoyduqları və özündən əvvəl axirət üçün göndərdikləri önəmlidir. BUnlar zəifdirsə, onun harada dəfn olunmağı az təsir edəcək.
Nəzərə alaq ki, Həzrət Peyğəmbər (s) sakin olduğu evində dəfn olunmuşdur və indi həmin yer müsəlmanların ən müqəddəs məkanına çevrilmişdir.
İmam Əli (ə) buyurmuşdu: "Üzərində cənazəm olan dəvəni boş buraxın və harada dayanıb əyləşərsə, elə həmin yer mənim qəbrimdir".
İmam Həsən (ə) şəhid olan zaman onu babasının qəbrinin kənarında dəfn etmək istəyirdilər. Ancaq xilafəti qəsb edən zalım buna imkan vermədi. İş o yerə çatdı ki, hətta Həzrət İmam Həsənin (ə) mübarək cənazəsi olan tabutu da oxladılar. Ona görə də Həzrəti (ə) Bəqi qəbiristanlığında dəfn etdilər.
Həmçinin oxuyun
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, İmam Hüseynin (ə) Kərbəla səhranın ortasında qətl etdilər və mübarək bədəni elə oradaca dəfn etdilər. İndi həmin yer onmilyonların ziyarətgahı olmuşdur.
İmam Rzanı (ə) bir bağın içərisində torpağa tapşırdılar və indi bu müqəddəs yer - hamının ziyarət məkanıdır.
İmamzadələrin hərəmləri adətən uzaq yerlərdə olur. Çünki zalımların zülmündən həmin yerlərə pənah aparıblar. Böyük alimlərin də bir çoxunun məzarı, adi qəbiristanlıqda yerləşir.
Beləliklə deyə bilərik ki, kiçik bir quyu olacaq qəbrin harada yerləşməsi aqibət üçün çox da mühüm deyildir. Mühüm olanı - həmin şəxsin həyatda olan zaman etdiyi əməllər və Allaha olan etiqad və imanıdır.
Təbii ki, təbərrük baxımından İmamzadələrin qəbrinin yanında dəfn olunmaq - çox mübarəkdir. Söz ondadır ki, insan daha çox öz əməllərinə fikir verməlidir, nəinki dəfn məkanına.
00:13 / 02 Fevral 2026
26
23:54 / 01 Fevral 2026
535
23:52 / 01 Fevral 2026
95
23:20 / 01 Fevral 2026
118
23:06 / 01 Fevral 2026
132
21:19 / 01 Fevral 2026
296
20:51 / 01 Fevral 2026
296
20:44 / 01 Fevral 2026
466
20:40 / 01 Fevral 2026
308
20:19 / 01 Fevral 2026
454
19:59 / 01 Fevral 2026
1914
19:31 / 01 Fevral 2026
504
19:04 / 01 Fevral 2026
260
17:55 / 01 Fevral 2026
226
17:21 / 01 Fevral 2026
2404
17:19 / 01 Fevral 2026
237
17:04 / 01 Fevral 2026
216
16:49 / 01 Fevral 2026
548
16:47 / 01 Fevral 2026
140
16:26 / 01 Fevral 2026
292
16:14 / 01 Fevral 2026
238
16:06 / 01 Fevral 2026
183
15:51 / 01 Fevral 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.