Akif Nağı Səidə Bəkirqızını SÖYDÜ - “Səidə adında bir erməni...”
01 Fevral 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
17.01.2020, 21:24
Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq. Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır. Bəs, radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələk hüququ varmı?
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) ilə əlaqə saxladıq.
Hokm.az xəbər verir ki, BDYP rəsmisi polkovnik Mübariz Ağayev açıqlamasında bildirdi ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun əllinci maddəsinin yeddinci bəndinə əsasən nizamlanır. Həmin qanun belədir:
Həmçinin oxuyun
“Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.
Polkovnik Mübariz Ağayev bildirdi ki, bu qanuna əsasən yollarda radarların mövcudluğu barədə müvafiq nişanlardan, ya da həmin yerdə maksimum sürətin məhdudlaşdırılması lövhəsi yerləşdirilməlidir: “Radarların hansı ərazidə yerləşdirilməsi isə bir neçə qurumun birgə fikri əsasında razılaşdırılır. Radar yerləşdirilərkən ərazidə baş vermiş qəzalar, hüquq pozuntuları, yolda hərəkət şəraitinin xüsusiyyətləri, piyadaların hərəkətinin intensivliyi və sair nəzərə alınır. Radarlar arasında məsafənin nə qədər olması barədə isə konkret rəqəmlər yoxdur”.
Mövzu ilə bağlı sürücülər arasında mübahisəli məsələlərdən biri də lövhələrin olmadığı yerlərdə mobil və ya stasionar texniki vasitələrdən istifadə edilib-edilməməsidir. BDYP rəsmisi bildirdi ki, müəyyən edilmiş nişanlar yoxdursa həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz: “Əgər avtomobilin radara düşdüyü ərazidə müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmayıbsa, sürət həddi ilə bağlı yazılmış protokola xitam verilir. Yox əgər bütün nişanlar varsa mobil və ya stasionar texniki vasitələrdən istifadə edilməsi tam qanunidir və cərimə ödənməlidir”.
20:19 / 01 Fevral 2026
1
19:59 / 01 Fevral 2026
296
19:31 / 01 Fevral 2026
99
19:04 / 01 Fevral 2026
74
17:55 / 01 Fevral 2026
142
17:21 / 01 Fevral 2026
1016
17:19 / 01 Fevral 2026
163
17:04 / 01 Fevral 2026
172
16:49 / 01 Fevral 2026
438
16:47 / 01 Fevral 2026
85
16:26 / 01 Fevral 2026
251
16:14 / 01 Fevral 2026
195
16:06 / 01 Fevral 2026
141
15:51 / 01 Fevral 2026
169
15:30 / 01 Fevral 2026
1150
14:59 / 01 Fevral 2026
167
13:45 / 01 Fevral 2026
117
13:27 / 01 Fevral 2026
88
13:20 / 01 Fevral 2026
124
13:13 / 01 Fevral 2026
92
13:00 / 01 Fevral 2026
155
12:54 / 01 Fevral 2026
399
12:28 / 01 Fevral 2026
1972
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.