Qaynadılmış yumurtanın suyu bunun üçün faydalı imiş
01 Fevral 2026, 16:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1134
16.01.2020, 22:51
8 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına 516 manat su pulu gəlib. Uzun müddətdir Bakıda yaşayan Şəki sakini Arzu Qasımova evinə geri dönən zaman su idarəsindən gələn bildirişi görüb dəhşətə gəlib.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Arzu Qasımova - Şikayət: "3 uşağım var, heç bir yerdə işləmirəm, Bakıda kirayədə yaşayıram. Şəkidən gəldim gördüm ki, su kəsilib. Su ümumiyyətlə yoxdur, suyu çəkməyə də qoymurlar. Gördüm ki, 516 manat su borcu yazıblar. Həmin borcu da vəfat etmiş şəxsin adına yazıblar. Mən bu ölülərin adına pul keçirməliyəm? Ölülər axı su işlətməyiblər. Bu nə dərəcədə düzgündür?".
Əlyar Hüseynov - Qonşu: "Onlar burda olmayıblar. Bakıda yaşayıblar. Bu məbləğdə su pulu yazıblar. Halbuki evlərinə su gəlməyib. Uzun müddətdir burda heç kəs yaşamayıb".
Günlərdir susuz qalan şikayətçi bu borcu ödəmək niyətində deyil. Şəki "Sukanal" idarəsindən isə bildiriblər ki, borc sistemə oturub və ödəniş edilməsə mənzilə su verilməyəcək.
Arzu Qasımova - Şikayət: "Bakıdan gələn sənədlərlə də bağlı getdik. Qeyd olundu ki, bərpa olunacaq. Ancaq biz yenə də susuzuq, yenə də suyumuz yoxdur. Yalnız deyirlər ki, icazə verilmir. Pul ödənilməsə mümkün deyil. Bəs onda biz nə işlədək?".
Bu cür problemlər hələ sayğaclaşdırılmamış, su pulunun adambaşına hesablandığı ərazilərdə yaşanır. Mənzildə qeydiyyatda olanların sayı dəyişdikdə, abonent su idarəsinə məlumat vermir, nəticədə ona elavə borc yazılır. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bu kimi faktlarla tez-tez rastlaşdıqlarını deyir.
Həmçinin oxuyun
Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri: "Ailə qurub köçənlər olur və ya da ki, dünyasını dəyişənlər olur. Belə halda hökmən həmin vətəndaşlar bizim yerli su kanal idarələrinə ölüm haqqında şəadətnamə ilə, nikah haqqında şəadətnamə ilə və ya uşaq əsgərə gedibsə, hərbi komissarlıqdan arayışla müraciət etməlidir ki, həmin dövr üçün bu şəxslərə görə hesabat aparılmasın".
Şəki sakini Arzu Qasımovanın məsələsinə gəldikdə,
Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri: "Arayışlar təqdim olunsun. Ondan sonra komissiyaya müraciət olunacaq. Və komissiya dünyasını dəyişmiş insanlara görə hesablanmış məbləği onun ümumi vəsaitindən çıxacaq. Amma orda yaranmış borcun hamısı silinməyəcək. Çünki orda müəyyən müddət var. Əgər vətəndaş nə vaxtdan dünyasını dəyişibsə, o vaxtdan hesablanır. Ona görə də o borcun bir hissəsi orda qalacaq və o borc mütləq şəkildə ödənilməlidir".
Bu cür problemlər yaranmasın deyə, ölkədə bütün abonentlərin sayğacla təmin olunması tələb olunur. Hazırda "Azərsu" ölkə üzrə sayğaclaşmanı 84 faizə çatdırıb.
16:49 / 01 Fevral 2026
59
16:47 / 01 Fevral 2026
23
16:26 / 01 Fevral 2026
112
16:14 / 01 Fevral 2026
125
16:06 / 01 Fevral 2026
81
15:51 / 01 Fevral 2026
113
15:30 / 01 Fevral 2026
673
14:59 / 01 Fevral 2026
127
13:45 / 01 Fevral 2026
77
13:27 / 01 Fevral 2026
60
13:20 / 01 Fevral 2026
89
13:13 / 01 Fevral 2026
71
13:00 / 01 Fevral 2026
115
12:54 / 01 Fevral 2026
359
12:28 / 01 Fevral 2026
1020
12:04 / 01 Fevral 2026
69
11:59 / 01 Fevral 2026
657
11:44 / 01 Fevral 2026
95
11:15 / 01 Fevral 2026
489
11:07 / 01 Fevral 2026
137
10:44 / 01 Fevral 2026
559
10:38 / 01 Fevral 2026
148
10:33 / 01 Fevral 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.