Yeni rəis təyin OLUNDU
27 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
88
27.11.2026, 13:57
Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarının kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Xocalı şəhərində 49 ailədən ibarət 170 keçmiş məcburi köçkünə yeni mənzillərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu24.com-a verilən məlumata görə, bugünkü köç prosesi çərçivəsində Xocalı rayonunun Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Badara kəndinə 4 ailə (7 nəfər), Ağdərə rayonunun Çıldıran kəndinə 15 ailə (49 nəfər), Vəngli kəndinə 10 ailə (43 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 ailə (1 nəfər) qayıdıb. Xocalı rayonuna ümumilikdə 21 ailə olmaqla 72 nəfər, Ağdərə rayonuna isə 28 ailə olmaqla 98 nəfər köçürülüb.
Beləliklə, bu gün hər iki rayon üzrə ümumilikdə 49 ailənin, 170 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilib. Qeyd edək ki, köçürülən sakinlər üçün evlər dövlət tərəfindən yenidən bərpa olunub və yaşayış üçün zəruri şərait yaradılıb.
Mənzillər elektrik enerjisi, qaz və su xətləri ilə təmin edilib, kəndlərdə müasir infrastruktur qurulub, o cümlədən yüksək sürətli internet xidmətinin istifadəyə verilməsi təmin olunub.
Açarların təqdim edilməsi və qarşılanma mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Doğma yurdlarına qayıdan sakinlər üçün yaradılan şərait, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının və dayanıqlı məskunlaşmanın təmin edilməsinin mühüm göstəricisidir.
14:02 / 27 Noyabr 2026
1
13:56 / 27 Noyabr 2026
39
13:41 / 27 Noyabr 2026
80
13:22 / 27 Noyabr 2026
850
12:56 / 27 Noyabr 2026
100
12:41 / 27 Noyabr 2026
127
12:37 / 27 Noyabr 2026
102
12:34 / 27 Noyabr 2026
389
12:32 / 27 Noyabr 2026
99
12:28 / 27 Noyabr 2026
105
12:09 / 27 Noyabr 2026
103
12:07 / 27 Noyabr 2026
116
12:03 / 27 Noyabr 2026
122
11:50 / 27 Noyabr 2026
125
11:45 / 27 Noyabr 2026
104
11:40 / 27 Noyabr 2026
247
11:35 / 27 Noyabr 2026
123
11:20 / 27 Noyabr 2026
135
11:19 / 27 Noyabr 2026
133
11:05 / 27 Noyabr 2026
355
11:03 / 27 Noyabr 2026
115
10:59 / 27 Noyabr 2026
121
10:50 / 27 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.