Gülnaz Qənbərli xəstəxanaya yerləşdirilib
02 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
119
02.11.2026, 00:41
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşaya baxıblar.
Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı "Wadi AlFann"ın sifarişi ilə hazırlanan "Zikra: xatirələr gecəsi" tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib.
Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.
Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib.
Tamaşanın vizual dünyası "Wadi AlFann"ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
"Zikra" layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.
Qeyd edək ki, səhnə əsəri Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında nümayiş etdirilib.

01:12 / 02 Noyabr 2026
76
00:26 / 02 Noyabr 2026
100
00:06 / 02 Noyabr 2026
299
23:52 / 01 Noyabr 2026
209
23:45 / 01 Noyabr 2026
710
23:40 / 01 Noyabr 2026
106
23:27 / 01 Noyabr 2026
162
23:25 / 01 Noyabr 2026
407
23:14 / 01 Noyabr 2026
182
23:00 / 01 Noyabr 2026
445
22:56 / 01 Noyabr 2026
124
22:04 / 01 Noyabr 2026
134
21:49 / 01 Noyabr 2026
146
21:49 / 01 Noyabr 2026
124
21:26 / 01 Noyabr 2026
290
21:14 / 01 Noyabr 2026
320
20:55 / 01 Noyabr 2026
252
20:49 / 01 Noyabr 2026
120
20:35 / 01 Noyabr 2026
764
20:24 / 01 Noyabr 2026
157
20:20 / 01 Noyabr 2026
363
19:59 / 01 Noyabr 2026
185
19:55 / 01 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.