Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq 

Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq 

CƏMİYYƏT

87

31.10.2026, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik. Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur.

Oxu24.com  xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la 2-2 hesablı bərabərlikdən sonra mətbuat konfransında deyib.

“Səbail”lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq”, - R.Sadıqov qeyd edib.