Cari ilin 9 ayında Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
18 Noyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
29.10.2026, 09:55
2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsi tərəfindən həqiqi hərbi ximətə çağrılmış şəxs əsgərliyi başa vurduqdan sonra MAXE kimi işləmək qərarına gəlib.
Oxu24.com xitab24.az-a istinadla xəbər verir ki, o, müddətdən artıq xidmətə qəbulla bağlı zəruri olan tibbi müayinələrdən keçən zaman problemlə üzləşib.
Müayinələr nəticəsində Lerik sakininə hərbi xidmətə yararsız olduğu bildirilib. Belə ki, Müdafiə Naziriliyinin hərbi həkim komisiyasında ona bildirilib ki, onda anadan gəlmə ürək çatışmazlığı aorta qapaqlarln bikusipiti xəstəliyi olduğundan o, həqiqi hərbi xidmətə çağırıla bilməzmiş.
Bundan sonra rayon sakini əsgərliyə aparıldığı üçün SHÇDX-nin Lerik rayon şöbəsinin, habelə həmin şöbənin nəzdində yaradılmış hərbi həkim komisiyasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluğa şikayət edib. Vətəndaşın şikayəti baxılması üçün aidiyyəti üzrə Lənkəran Hərbi Prokururoluğuna göndərilib.
Vətəndaş onu da bildirib ki, SHÇDX-nin Lerik rayon şöbəsinin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi olaraq 200 000 manat ziyan dəyib. Lənkəran rayon prorkurorluğunda gəncin hərbi xidmətə aparılması üçün heç kim təqsirli bilnməyib və cinayət işinin başlanması ilə bağlı rədd qərarı çıxarılıb. Bundan sonra vətəndaş məhkəməyə üz tutub. İş Şirvan Apellyasiya Məhkəməsinə qədər çatıb və sonra gəncin şikayəti təmin olunub.
Xanoğlan Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Lənkəran rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi ilə qərarını ləğv edib. İş yenidən araşdırlacaq.
Sözügedən şəxs həqiqi hərbi xidmət zamanı antiterror əməliyyatlarında da iştirak edib. O, Müdafiə Nazirliyinin Baş Klinik Hospotalından yararsız olmağı ilə bağlı rəyi aldıqdan sonra, bunu dəqiqləşdirmək üçün bir sıra özəl klinikalarda da müayinədə keçib. Bütün müayinələrin nəticəsi eyni olub – gənc hərbi xidmətə yararsız çıxıb.
16:45 / 18 Noyabr 2026
1
16:43 / 18 Noyabr 2026
24
16:41 / 18 Noyabr 2026
27
16:26 / 18 Noyabr 2026
56
16:21 / 18 Noyabr 2026
179
16:05 / 18 Noyabr 2026
87
16:00 / 18 Noyabr 2026
96
15:35 / 18 Noyabr 2026
92
15:32 / 18 Noyabr 2026
102
15:28 / 18 Noyabr 2026
92
15:22 / 18 Noyabr 2026
231
15:16 / 18 Noyabr 2026
113
15:12 / 18 Noyabr 2026
97
15:09 / 18 Noyabr 2026
118
15:05 / 18 Noyabr 2026
347
15:02 / 18 Noyabr 2026
109
14:58 / 18 Noyabr 2026
122
14:52 / 18 Noyabr 2026
105
14:44 / 18 Noyabr 2026
559
14:33 / 18 Noyabr 2026
151
14:22 / 18 Noyabr 2026
111
14:18 / 18 Noyabr 2026
124
14:06 / 18 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.