Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
732
26.10.2026, 14:14
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası - Tahiti) ərazilərindən Azərbaycana səfər etmiş ictimai-siyasi fəallardan ibarət nümayəndə heyəti ilə görüşüb.
BTQ-dən Oxu24.com-a verilən məlumata görə, nmayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə 22-30 oktyabr tarixlərində Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalında iştirak edən Kanaki və Maʻohi Nui komandalarına azarkeşlik etmək və gənc futbolçuların beynəlxalq yarışda öz xalqını təmsil etməsinə mənəvi dəstək vermək məqsədilə ölkəmizə gəlib.
Görüşdə Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda apardıqları mübarizənin hazırkı vəziyyəti, milli kimliyin və mədəni irsin qorunmasının vacibliyi, eləcə də əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlar Bakı Təşəbbüs Qrupunun Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda mübarizəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dekolonizasiya məsələlərinin beynəlxalq gündəlikdə saxlanılması və müxtəlif ərazilərin müstəqillik hərəkatları arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndiriblər. Azərbaycanın bu istiqamətdə göstərdiyi dəstəyə və beynəlxalq platformalarda yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər.
Abbas Abbasov öz növbəsində hər iki komandanın gənc futbolçularına uğurlar arzulayıb, idmanın xalqlar arasında dostluq və həmrəyliyi möhkəmləndirməklə yanaşı, onların milli kimliyinin və zəngin mədəniyyətinin tanıdılmasına xidmət etdiyini vurğulayıb. O, BTQ-nin müstəmləkəçilikdən əziyyət çəkən xalqların fundamental hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə müdafiəsinə dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 25-də hər iki komandanın gənc futbolçularına dəstək məqsədilə Bakıda Atletlər Kəndinin qarşısında və Hövsan Yarış Kompleksində dəstək aksiyaları keçirilib. Azarkeşlər milli mahnı və rəqslərlə öz xalqlarının mədəniyyətini və ənənələrini də nümayiş etdiriblər.
22:34 / 15 Noyabr 2026
1
22:24 / 15 Noyabr 2026
32
22:05 / 15 Noyabr 2026
491
21:57 / 15 Noyabr 2026
129
21:37 / 15 Noyabr 2026
805
21:07 / 15 Noyabr 2026
807
20:58 / 15 Noyabr 2026
441
20:55 / 15 Noyabr 2026
124
20:44 / 15 Noyabr 2026
283
20:39 / 15 Noyabr 2026
114
20:30 / 15 Noyabr 2026
138
20:09 / 15 Noyabr 2026
378
19:51 / 15 Noyabr 2026
415
19:37 / 15 Noyabr 2026
137
19:17 / 15 Noyabr 2026
143
19:09 / 15 Noyabr 2026
131
18:40 / 15 Noyabr 2026
148
18:05 / 15 Noyabr 2026
156
17:53 / 15 Noyabr 2026
2052
17:43 / 15 Noyabr 2026
802
17:16 / 15 Noyabr 2026
715
17:12 / 15 Noyabr 2026
4341
17:09 / 15 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.