Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
396
25.10.2026, 23:18
"Birinci növbədə Maliyyə Nazirliyi və hökumətin digər qurumları açıqlamalıdırlar ki, "rayonlar özü-özünü maliyyələşdirəcək" deyəndə nəyi nəzərdə tuturlar? Azərbaycanda vahid vergi sistemi mövcuddur”.
Oxu24.com xəbər verir ki,bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, vergilər mərkəzləşdirilmiş qaydada toplanırsa, hansısa bir rayonun özü-özünü necə dolandıracağı sual altındadır:
“Azərbaycanda bütün vergilər vahid mərkəzi hesaba köçürülür. Bütün ölkə ərazisindən toplanan vəsait dövlətin açdığı həmin hesaba köçürülür. Yəni vergilər mərkəzləşdirilmiş qaydada toplanırsa, bir rayon (A rayonu) özü-özünü necə dolandıracaq? Bu, nə deməkdir? Ümumiyyətlə, onların maliyyə mənbəyi haradandır? Maliyyə mənbəyi necə formalaşacaq?
Ona görə də mən burada təsnifatın hansısa formada dəyişdirilməsindən söhbət getdiyini düşünürəm. Hansısa formada kağız üzərində müəyyən təsnifat dəyişiklikləri və hesablama qaydalarında dəyişikliklər olub və yaxud da olacaq. Çünki bu, özlüyündə mexanizm olaraq doğru deyil axı, yəni mümkün deyil, daha doğrusu, necə ola bilər ki, mərkəzləşdirilmiş vergi sistemi mövcuddur? Hə, bələdiyyələr desəydilər, yenə mən buna inanardım. Bələdiyyənin ayrıca bələdiyyə vergisi var, müəyyən xidmət göstərib vəsait toplayır. Bizdə də bələdiyyələr az qala ölü doğulmuş orqanlardır. Söhbət rayonların özündən və icra hakimiyyətlərindən gedirsə, onların gəlir mənbəyi nədir ki, özlərini dolandırsınlar?”
Ekspert əlavə edib ki, bütün bu sualların cavabı əlaqədar orqanlar tərəfindən verilməlidir:
“Həmin rayon ərazisində tikilən yolların, körpülərin, təmir işlərinin xərcləri mərkəzi büdcədən ödənilirsə, o rayon özünü necə dolandıracaq? İstənilən rayon ərazisində müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət və büdcə təşkilatlarında çalışanlar, təhsil işçiləri var. Onların maaşı dövlət büdcəsindən, yəni mərkəzi büdcədən verilirsə, həmin rayonun "özü-özünü dolandırır" deməsi nə deməkdir? Məncə bütün bu sualların cavabı əlaqədar orqanlar tərəfindən verilməlidir”.
Qeyd edək ki, 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.
Qanun layihəsinin 10-cu maddəsinə əsasən, şəhər və rayonların gəlirləri yerli xərclərini təmin etmədikdə, həmin ərazilərə xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrıla bilər. Lakin 2027-ci il üçün təqdim olunan proqnozlarda 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına qarşılaya biləcəyi nəzərdə tutulur.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.