Qazaxda TIR yandı
23 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
23.10.2026, 12:07
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət və Cinayət-Prosessual məcəllələrə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə (TM) qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (Financial Action Task Force - FATF) müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb. TM-in digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.
Bu baxımdan TM-ə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.
Təklif olunan tənzimləmə Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri və FATF standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda TM-in qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Layihədə təqdim olunan digər dəyişikliklər hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi icraatın xüsusiyyətlərini nəzərə alaraq mahiyyət etibarı ilə uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
21:17 / 23 Oktyabr 2026
30
20:52 / 23 Oktyabr 2026
54
20:43 / 23 Oktyabr 2026
59
20:33 / 23 Oktyabr 2026
136
20:25 / 23 Oktyabr 2026
67
20:21 / 23 Oktyabr 2026
67
20:06 / 23 Oktyabr 2026
73
19:51 / 23 Oktyabr 2026
83
19:38 / 23 Oktyabr 2026
84
19:25 / 23 Oktyabr 2026
77
19:17 / 23 Oktyabr 2026
82
19:02 / 23 Oktyabr 2026
118
18:44 / 23 Oktyabr 2026
85
18:33 / 23 Oktyabr 2026
89
18:24 / 23 Oktyabr 2026
86
18:16 / 23 Oktyabr 2026
94
17:52 / 23 Oktyabr 2026
88
17:47 / 23 Oktyabr 2026
374
17:21 / 23 Oktyabr 2026
2042
17:15 / 23 Oktyabr 2026
90
17:10 / 23 Oktyabr 2026
88
16:56 / 23 Oktyabr 2026
145
16:41 / 23 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.