Kombi istifadə edənlərin NƏZƏRİNƏ
08 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
240
15.10.2026, 13:17
Azərbaycanda bank kreditlərinə qoyulan məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistik məlumat mövcud deyil.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə sahəsində tətbiq etdiyi qaydalar əhalinin həddindən artıq borc yükü altına düşməsinin qarşısını almağa yönəlib.
“İstehlak kreditləri üzrə borcalanların ödəmə imkanlarına dair tələblər, kredit kartlarından istifadəyə qoyulan məhdudiyyətlər və onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı nəzərdə tutulan gözləmə müddəti məhz bu məqsədə xidmət edir. Bank kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi bəzi şəxsləri alternativ maliyyə mənbələrinə üz tutmağa sövq edə bilər. Bununla belə, bu halın qeyri-rəsmi borclanmanın artmasına birbaşa səbəb olduğunu təsdiqləmək üçün əsas yoxdur. Banklardan kredit ala bilməyən vətəndaşlar maliyyə ehtiyaclarını qarşılamaq üçün əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra isə lombardlara müraciət edə bilərlər”, - deyə baş direktor əlavə edib.
Ş. Mahmudzadə vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq məqsədilə borc götürməkdən uzaq durmağı tövsiyə edib.
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.