Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
316
13.10.2026, 17:25
Məktəblərdə vahid geyim qaydalarına əməl edilməsi şagirdlər arasında nizam-intizamın qorunması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından mühüm məsələlərdən biridir. Son günlər ictimaiyyətin geniş müzakirə etdiyi bu mövzu təhsil ocaqlarında sosial fərqlərin ön plana çıxmasının qarşısını alır. Vahid məktəbli forması sinif otaqlarında uşaqların hüquqlarını bərabərləşdirərək onları vahid bir qövmin üzvləri kimi formalaşdırır. Nazirlər Kabinetinin bu istiqamətdə qəbul etdiyi qərarlar tamamilə əsaslı və zəruri xarakter daşıyır. Qaydaların tətbiqi uşaqların tərbiyəsinə, davranışına və məktəb mühitində bir-birinə münasibətinə çox müsbət təsir göstərir. Eyni zamanda, bu təşəbbüs məktəb mədəniyyətinin formalaşmasında da mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Oxu24.com-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov danışıb.
Mütəxəssis qeyd edib ki, Azərbaycan ailəsi ənənəvi milli-mənəvi dəyərlərə sadiq bir mühitdir. Bununla yanaşı, dövlətçilik baxımından dünyəvi təsəvvürlərin formalaşması da gənc nəslin tərbiyəsində xüsusi yer tutmalıdır:
“Vahid geyim forması sinif otaqlarında uşaqları bərabərləşdirir və hüquqi baxımdan eyni mühiti yaradır.
Şagirdlərin vahid bir qövmin üzvləri olması psixologiyasının formalaşmasına kömək edir”.
Onun sözlərinə görə, dövlət ardıcıl olaraq milli-mənəvi dəyərlərin qorunması və gənclərin bu ruhda tərbiyə alması məsələsini aktuallaşdırır ki, məktəblərdə vahid mənəvi-psixoloji mühitin yaradılması da məhz buradan qaynaqlanır.
Füzuli Qurbanov vurğulayıb ki, bütün bu amilləri nəzərə alaraq, məktəbli geyim formasının tətbiqi Azərbaycanın gələcəyi üçün vacib, əhəmiyyətli və ictimai dəstəyə ehtiyacı olan zəruri addımdır.
Çimnaz Telmanqızı
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.