Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
624
13.10.2026, 13:31
Xəbər verdiyimiz kimi,Azərbaycanda yeni vahid məktəbli formasının tətbiqinə başlanılmasından sonra bəzi şəxslər bunun əsl mahiyyətinən kənar ifadələr səsləndirməyə başladı.
Bir qrup şəxs yeni qərarın məktəbin dünyavilik prinsipini və şagirdlərin səliqəli və vahid formada geyinməsini görməzdən gələrək bunu hicaba qadağa kimi qiymətləndirdi.
Təbbi ki,bu tammailə səhv nəzəriyyədir.Çünki ölkədə hicaba qadağa yoxdur.
Bütün bunların fonunda dünən Bakıda bir sıra xoşagəlməz hallar yaşandı.Bir neçə məktəbdə gərginlik zamanı kiçik xəsarət alanlar da oldu.
Bəs,Azərbaycanın daxili işlərinə müdaxilə edən,ölkədə tətbiq edilən yeniliyi istəməyən hansı xarici qüvvədir?
Siyasi analitiklər bu mövzuda danışarkən ilk olaraq İranın adını çəkir. Çünki daha əvvəllər də bu mövzuda İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi olub.
Elə misal olaraq Nardaran hadisələri...
Bəs,İran nədən narahatdır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan Cənubi Azərbaycandan olan şair,AYB sədrinin müşaviri Sayman Aruz bildirib ki,dini siyasi hakimiyyətin alətinə çevirmək istəyənlərə qarşı çıxmaq dinə qarşı çıxmaq deyil. Əksinə, bu, dinin insanın vicdanında və mənəvi dünyasında öz həqiqi yerini qorumasına xidmət edə bilər.
"Azərbaycan cəmiyyəti İranın son yarım əsrdə yaşadığı təcrübədən nəticə çıxarmalıdır. Bizim qarşımızda belə bir seçim var. Fərqli inancların və həyat tərzlərinin qanun qarşısında bərabər olduğu dünyəvi dövlət quruculuğunu möhkəmləndirmək, yoxsa şəxsi həyatın ideoloji nəzarət altına alınmasına şərait yaratmaq.
Bu seçimdə milli maraqlarımız, dövlətçiliyimiz və gələcək nəsillər qarşısında məsuliyyətimiz əsas götürülməlidir.
Unutmamalıyıq ki, cəmiyyətin inkişafı onun potensialını nə qədər üzə çıxarması ilə ölçülür. Qadının, kişinin, dindarın, dünyəvi düşüncəli insanın, alim və yaradıcı şəxsiyyətin öz imkanlarını sərbəst reallaşdıra bildiyi cəmiyyət daha böyük inkişaf perspektivlərinə malikdir.
İranın yaşadıqlarını sadəcə kənardan seyr etmək yox, onlardan nəticə çıxarmaq lazımdır. Qonşumuzun düşdüyü ictimai və siyasi dalan bizim üçün təqlid nümunəsi deyil, düşünmək və doğru seçim etmək üçün xəbərdarlıq olmalıdır.
Çünki Azərbaycan kimi sivil dövlətin gücü vətəndaşının başını nə dərəcədə örtdüyü ilə yox, onun hüquqlarını nə dərəcədə qoruduğu ilə ölçülür. Cəmiyyətin də mənəvi səviyyəsi insanların hansı geyimi seçməsi ilə deyil, bir-birinin seçiminə nə qədər hörmət etməsi ilə müəyyən olunur. Gələcəyin təminatı isə qorxuya, cəhənnəmə, nə bilim molla qadəalarına əsaslanan itaətdə deyil, azad düşüncəyə, hüquqa, biliyə və insan ləyaqətinə söykənən ictimai münasibətlərdədir",-deyə S.Aruz bildirib.
Jalə
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.