ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
12.10.2026, 18:12
Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında baş verən son hadisələr dini məsələləri yanlış istiqamətə yönəltmək cəhdlərini ortaya çıxardı. Məktəb şüşələrinin sındırılması, təhsil müəssisələrinin qapılarına ziyan vurulması, Qaradağ rayonunda məktəb direktorunun avtomobilinin yandırılması, dini şüarlarla müşayiət olunan insidentlər müəyyən qənaətə gəlməyə əsas verir. Bu hadisələrin xarakteri proseslərin müəyyən radikal dairələr tərəfindən məqsədyönlü şəkildə qızışdırılması ehtimalını gücləndirir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ictimai qaydanın kobud şəkildə pozulması ilə bağlı artıq 37 nəfər məsuliyyətə cəlb olunub. Bu fakt məsələnin hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edən təhlükəli mərhələyə çatdığını göstərir.
Məktəbə hücumun dinlə nə əlaqəsi var?
Məktəbin şüşəsini sındırmaq, direktorun avtomobilini yandırmaq, müəllimlərə təzyiq göstərmək, uşaqların təhsil aldığı müəssisədə qorxu və gərginlik yaratmaq hansı dini dəyərlə əsaslandırıla bilər? Əgər məqsəd həqiqətən uşaqların hüquqlarını müdafiə etməkdirsə, nə üçün ilk zərbə elə həmin uşaqların təhsil aldığı məktəblərə vurulur?
Burada açıq ziddiyyət var. Uşaqların mənafeyini müdafiə etdiklərini bildirən şəxslərin zorakılığa əl atması həmin iddiaların səmimiliyini ciddi sual altına qoyur. Dini etiqad azadlığı heç kimə qanunları pozmaq, dövlət əmlakını dağıtmaq, müəllimləri hədəfə almaq hüququ vermir. Hicab məsələsinə münasibətdə fərqli mövqe bildirmək bir şeydir, dini şüarlar altında ictimai qarşıdurma yaratmaq isə tamam başqa məsələ.
Bu cür zorakılıq hallarını dini inancın müdafiəsi kimi təqdim etmək dinin özünə də zərbədir. Çünki məktəbə hücum edən şəxsin davranışını onun dini şüarı deyil, törətdiyi əməl xarakterizə edir.
Radikal dini ritorika və İran amili: Təsadüfi oxşarlıq, yoxsa təşkilatlanma?
Hadisələr zamanı səsləndirilən bəzi şüarların İranın radikal siyasi-dini dairələrinin istifadə etdiyi ritorika ilə eynilik təşkil etməsi xüsusilə diqqət çəkir. Məhz bu məqam proseslərin arxasında xarici ideoloji təsir mexanizmlərinin dayanması versiyasını gücləndirir.
İrana bağlı radikal dairələrin Azərbaycandakı dini həssaslıqları manipulyasiya etməyə, məktəbli forması məsələsini dövlətlə cəmiyyət arasında qarşıdurma mövzusuna çevirməyə çalışması ehtimalı ciddi araşdırılmalıdır.
Burada məqsədin yalnız hicabla bağlı qərara etiraz olmadığı, dini duyğulardan istifadə etməklə ictimai narazılığı genişləndirmək və dövlət institutlarına təzyiq göstərmək olduğu açıq görünür. Məktəbin qapısına toplaşıb, İran ağzı ilə şüarlar səsləndirmək heç bir halda qızların təhsil alması uğrunda mübarizə sayıla bilməz. Bu, İran dairələrinin sifarişini yerinə yetirməyə daha çox oxşayır.
Ən ağır mənəvi məsuliyyət: Uşaqların ideoloji məqsədlərə alət edilməsi
Bütün bu proseslərdə ən ciddi narahatlıq doğuran məqam azyaşlıların, xüsusilə məktəbli qızların qarşıdurmaların mərkəzinə çəkilməsi ehtimalıdır.
Uşaqların dini hisslərindən, valideynlərin həssaslığından və cəmiyyətin mənəvi dəyərlərindən siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir.
Azyaşlıları ön plana çıxarıb onların arxasında radikal çağırışlar səsləndirmək, məktəbləri qarşıdurma məkanına çevirmək uşaqların hüquqlarının müdafiəsi deyil, onların mənafeyinə zidd davranışdır.
Əgər uşaqların məqsədli şəkildə bu proseslərə cəlb edildiyi sübuta yetirilərsə, təşkilatçıların məsuliyyəti xüsusilə ağır qiymətləndirilməlidir.
Çünki uşaq nə siyasi təzyiq vasitəsinə, nə də dini-ideoloji mübarizənin iştirakçısına çevrilməlidir. Onun yeri qarşıdurmanın önündə deyil, təhlükəsiz sinif otağındadır.
Bu baxımdan hicablı şagirdlərlə onların dini inanclarından istifadə edə biləcək radikal şəxslər arasında da aydın fərq qoyulmalıdır.
Dini şüarlar altında zorakılığın normallaşdırılması, məktəblərə hücumların etiraz adı ilə əsaslandırılması və azyaşlıların ideoloji məqsədlərə cəlb edilməsi cəmiyyət üçün ciddi təhlükə yaradır.
Azərbaycanın dünyəvi dövlət quruluşuna, təhsil sisteminə və ictimai təhlükəsizliyinə qarşı qanunsuz əməllər hüquqi qiymətini almalıdır. Mümkün xarici təşkilatçılıq və radikal şəbəkələrlə əlaqələr isə hərtərəfli araşdırılmalıdır.
Ən vacib həqiqət budur: Uşaqların hüquqlarını müdafiə etmək adı altında onların gələcəyini təhlükəyə atmaq müdafiə deyil. Məktəbin şüşəsini sındırmaqla heç kimin dini azadlığı qorunmur, direktorun avtomobilini yandırmaqla heç bir mənəvi dəyərə xidmət edilmir. Əksinə, belə əməllər dinin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin nə qədər təhlükəli nəticələr doğura biləcəyini göstərir.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.