Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1323
12.10.2026, 15:36
Azərbaycanda son dövrlər orta məktəblərdə şagirdlərin geyim forması və hicabla bağlı müzakirələr cəmiyyətdə süni qarmaqarışıqlıq yaratmağa xidmət edir. Dünyəvi dövlət prinsiplərinə uyğun olaraq qəbul edilən qərarlar bəzi qüvvələr tərəfindən qəsdən təhrif olunur və gündəmə gətirilir. Xüsusilə xarici dairələrin və müxtəlif dini missiyaların Azərbaycan hakimiyyətinə qarşı bu cür təzyiqlər göstərməsi açıq-aydın hiss olunur. Ölkəmizdə qadın azadlığı, eləcə də qadın hüquqları hər zaman qorunub və qadınlar cəmiyyətin bütün sahələrində sərbəst şəkildə təmsil olunurlar. Lakin təəssüfedici haldır ki, "Molla Nəsrəddin" jurnalının nəşrindən 120 il keçməsinə baxmayaraq, hələ də cəhalət və xurafat girdabında yaşayan insanlar mövcuddur. Cəmiyyətimizin bir hissəsinin hələ də bu kimi qaranlıq təsirlərdən xilas ola bilməməsi çox acınacaqlıdır. Məhz buna görə də bütün ziyalı və açıqfikirli insanlar hər zaman olduğu kimi, indi də Azərbaycan dövlətinin yanında qətiyyətlə dayanmalıdırlar.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, Azərbaycan hökumətinin orta məktəblərdə vahid məktəbli geyimi forması ilə bağlı qərarı təbii qarşılanmalıdır, biz dünyəvi dövlətik:
“Körpə uşaqlara hansısa valideynlərin və yaxud dini dindar insanların təsiri ilə orta məktəbdə hicab bağlamaları düzgün deyil, dünyəvi təhsilə də yaraşmaz”.
Sədrin sözlərinə görə, bu məsələ hesabında çox büyük qarmaqarışıqlıq yaradılır ki, Azərbaycanda hicaba qadağa var:
“Azərbaycanda hicaba qadağa yoхdur, hicablı qadınlar iş yerlərində, ictimai yerlərdə, tədbirlərdə çox rahat gəzirlər. Bu mənada hiss olunur ki, bu cür qarmaqarışıqlığın yaradılması xüsusi məqsəd güdür və xüsusilə də xarici dairələrin, dini missionerlərin Azərbaycan hökumətinə təzyiqi nümayiş olunur”.
Rəşad Məcid qeyd edib ki, bu il “Molla Nəsrəddin” jurnalının 120 yaşı tamam olur:
“120 il bundan əvvəl dahi Mirzə Cəlil Azərbaycanda cəhalətə və xurafata qarşı mübarizə aparmışdı, qadın azadlığı, qadın hüquqları uğrunda mübarizə aparmışdı. Və indi təəssüf ki, aradan 120 il keçəndən sonra yenə də cəhalət və xurafat girdabında olan insanlar var, biz buna çox acıyırıq. Hesab edirəm ki, bütün ziyalı, açıqfikirli insanlar Azərbaycan dövlətinin yanında olmalıdırlar”.
Çimnaz Telmanqızı
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.