Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4458
11.10.2026, 13:13
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.
Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb qoşulacaq. Beləliklə, ümumilikdə daha 194 məktəbdə "Rəqəmsal məktəb" platformasından istifadə ediləcək.
.
Platformanın tətbiqində əsas məqsəd təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəçiliyində müasir texnologiyalardan istifadəni genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.
Yeni imkanlar çərçivəsində müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq. Bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.
Bundan başqa, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən də yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, müasir texnologiyalardan daha səmərəli istifadəyə və tədrisin fərdiləşdirilməsinə xidmət edəcəyi bildirilir.
Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.
Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu, onların övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlanmasına imkan verəcək.
Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin rəqəmsal həllərdən yararlanması və təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili hədəflənir.("Yeni Sabah")
03:05 / 03 Noyabr 2026
67
02:30 / 03 Noyabr 2026
131
01:55 / 03 Noyabr 2026
147
00:25 / 03 Noyabr 2026
164
00:20 / 03 Noyabr 2026
351
00:15 / 03 Noyabr 2026
250
00:15 / 03 Noyabr 2026
162
00:06 / 03 Noyabr 2026
315
23:44 / 02 Noyabr 2026
275
23:39 / 02 Noyabr 2026
140
23:38 / 02 Noyabr 2026
133
23:37 / 02 Noyabr 2026
188
23:32 / 02 Noyabr 2026
133
23:28 / 02 Noyabr 2026
140
23:24 / 02 Noyabr 2026
277
23:19 / 02 Noyabr 2026
166
23:12 / 02 Noyabr 2026
140
23:05 / 02 Noyabr 2026
169
23:05 / 02 Noyabr 2026
145
22:55 / 02 Noyabr 2026
534
22:48 / 02 Noyabr 2026
479
22:44 / 02 Noyabr 2026
121
22:27 / 02 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.