Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
207
08.10.2026, 16:27
Azərbaycanda təhsil sisteminin ən həssas və müzakirə olunan sahələrindən biri məhz müəllim hazırlığı və peşəyə qəbul mexanizmləridir.
Son zamanlarda elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikirlər cəmiyyətdə geniş sual doğuraraq müzakirələrə yol açıb.
Nazir qeyd edib ki, digər ixtisaslara qəbul üçün kifayət qədər bal toplaya bilməyən abituriyentlər məhz müəllimlik ixtisasına daxil olurlar.
Bu tendensiya isə, təbii olaraq, uzunmüddətli perspektivdə ölkə təhsilinin keyfiyyəti üçün ciddi problemlər və təhdidlər yarada bilər.
Məhz bu səbəbdən müəllimlik peşəsinin şüurlü şəkildə seçilməsinin vacibliyi hər zaman aktuallığını qoruyub saxlayır. Bir çox hallarda abituriyentlərin yalnız test imtahanında topladığı yüksək ballar onların ideal mütəxəssis olacağına avtomatik zəmanət vermir.
Çünki müəllimlik sadəcə quru informasiya ötürücülüyü deyil, canlı insan və formalaşmaqda olan gənc şəxsiyyətlə işləmək sənətidir.
Lakin mövcud qəbul sistemində namizədin pedaqoji meyilliliyi, emosional zəkası və uşaq psixologiyasına bələdliyi adətən kölgədə qalır. Ekspertlər hesab edirlər ki, yalnız bal əsas götürüldükdə peşəyə həvəsi olmayan şəxslər sinif otaqlarına daxil olurlar. Bu isə həm müəllimin özü üçün mənəvi yükə, həm də şagirdlər üçün sıxıcı və səmərəsiz bir tədris prosesinə çevrilir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Şəmsi Qoca bildirib ki, müəllimlik peşəsinə qəbul zamanı yalnız test imtahanında toplanan balın əsas meyar kimi götürülməsi mahiyyətcə yalnız bilik səviyyəsini ölçür, lakin insanın bu biliyi ötürmək qabiliyyətini, emosional zəkasını və peşəyə olan həqiqi həvəsini tamamilə diqqətdən kənarda qoyur.
Onun sözlərinə görə, yüksək bal toplamaq müəyyən bir fənni dərin bilməyin göstəricisi ola bilər, amma həmin biliyi şagirdə sevdirmək, sinifi idarə etmək, uşaq psixologiyasına bələd olmaq və böhranlı anlarda pedaqoji səbir nümayiş etdirmək tamamilə fərqli insani və peşəkar keyfiyyətlər tələb edir.
Ekspert qeydedib ki, abituriyentin yüksək balı onun sadəcə yaxşı bir mütəxəssis olacağına işarədir, amma onun avtomatik olaraq yaxşı bir müəllim olacağını zəmanət etmir:
“Müəllimlik sadəcə informasiya ötürücülüyü deyil, canlı insanla, formalaşmaqda olan şəxsiyyətlə işləmək sənətidir. Bu səbəbdən, qəbul prosesində namizədin pedaqoji meyilliliyi, ünsiyyət qurmaq bacarığı, emosional dözümlülüyü və ən əsası bu peşəyə olan daxili sevgisi mütləq ayrıca nəzərə alınmalıdır. Yüksək bal toplamış, lakin uşaqlarla işləməyə həvəsi və hövsələsi olmayan bir insanın sinifdə əyləşməsi həm onun özü üçün mənəvi yükə, həm də şagirdlər üçün sıxıcı bir prosesə çevrilir”.
Şəmsi Qoca vurğulayıb ki, belə bir seçim mexanizminin — yəni balın yanı sıra həqiqi uyğunluğun və marağın dəyərləndirilməsinin — tətbiq olunması təhsilin uzunmüddətli perspektivinə köklü şəkildə müsbət təsir göstərə bilər:
”İlk növbədə, məktəblərə təsadüfən, başqa çarəsi qalmadığı üçün bu sahəni seçən deyil, şüurlu şəkildə pedaqoq olmaq istəyən gənclər axın edər. Həvəslə və məsuliyyətlə işinə sarılan müəllim təlim-tərbiyə mühitində tamamilə fərqli bir enerji yaradır; o, dərsini sadəcə proqramı bitirmək üçün keçmir, şagirdin təfəkkürünü inkişaf etdirməyə çalışır.Eyni zamanda, bu yanaşma müəllim peşəsinin cəmiyyətdəki nüfuzunu və statusunu yüksəldər. İnsanlar görəndə ki, müəllimlik yalnız balı çatmayanların son pənahı deyil, xüsusi keyfiyyətləri olan, müsahibələrdən və psixoloji sınaqlardan keçmiş şəxslərin sənətidir, bu sahəyə yanaşma köklü şəkildə dəyişər.Nəticədə dərslərin keyfiyyəti artar, məktəbdə zorakılıq və anlaşılmazlıq halları azalar, təhsil sistemindəki ümumi durğunluq yerini yaradıcı və dinamik mühitə verər. Hər bir peşə mütəxəssis tələb edir, lakin müəllimlik mütəxəssislə yanaşı, həm də daxili çağırış və missiya tələb edən nadir sahələrdəndir”,- deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.