"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
287
22.09.2026, 17:25
Azərbaycanda yeni tədris ilinin başlanması və ümumilikdə məktəb mühiti ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də məktəbli forması məsələsidir. Son illərdə təhsil müəssisələrində vahid geyim formasının tətbiqi həm intizamın qorunması, həm də şagirdlərin bərabərliyi baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin bu formaların uşaqların yaşına, psixoloji xüsusiyyətlərinə və gündəlik rahatlığına nə dərəcədə uyğun olması hər zaman valideynləri, şagirdləri və mütəxəssisləri düşündürən əsas suallardandır. Məktəbli forması sadəcə vizual nizam-intizam vasitəsi deyil, eyni zamanda birbaşa şagird psixologiyasına və təhsilin effektivliyinə təsir göstərən pedaqoji yanaşmadır. Ekspertlər hesab edirlər ki, formanın seçimi zamanı həm uşaqların fiziki aktivliyi, həm də ailələrin maliyyə imkanları nəzərə alınmalıdır. Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti, valideynlər və şagirdlər məktəbli formalarının tətbiqi ilə bağlı müxtəlif və maraqlı fikirlər səsləndiriblər. Onların qənaətincə, əsas məqsəd həm təhsil mühitində sağlam nizamı qorumaq, həm də şagirdlərin hər hansı bir narahatlıq yaşamasının qarşısını almaqdır. Beləliklə, təhsil siyasətində bu məsələyə kompleks və həssas yanaşmanın tətbiqi zəruri şərt kimi qarşıda durur.
Məsələni geniş aspektdən şərh edən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil ekspert Əmrah Həsənli Oxu24.com-a açıqlamasında bildirib ki, məktəbli formasının tədris prosesinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilməsi sadəcə vizual nizamlama deyil, birbaşa şagird psixologiyasına və təhsilin effektivliyinə hesablanmış pedaqoji yanaşmadır:
“Məktəbli formasının tədris prosesinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilməsi təkcə vizual nizamlama deyil, birbaşa şagird psixologiyasına və təhsilin effektivliyinə hesablanmış pedaqoji yanaşmadır. Məktəbli forması uşaq üçün bir növ akademik geyim funksiyasını daşıyır. Şagird bu geyimi geyindiyi andan etibarən psixoloji olaraq oyun və ya ev mühitindən çıxıb məsuliyyət və təhsil zonasına daxil olduğunu dərk edir. Bu da dərslərə davamiyyətə, tədris prosesinə daha ciddi münasibətə və ümumi məktəbdaxili nizam-intizamın yüksəlməsinə birbaşa müsbət təsir göstərir”.
Onun sözlərinə görə, geyimdəki rahatlıq və praktiki istifadə imkanları isə şagirdin dərs zamanı fiziki diskomfort yaşamasının qarşısını alır, onun diqqətini tam olaraq müəllimə və tədris olunan mövzuya yönəltməsinə şərait yaradır.
Əmrah Həsənli həmçinin təhsil siyasəti baxımından müəyyənləşdirilməli olan əsas prioritetləri də diqqətə çatdırıb:
“İbtidai sinif şagirdlərinin fiziki aktivliyi yüksək olduğundan onların formaları daha rahat, hərəkət azadlığını məhdudlaşdırmayan olmalıdır. Yuxarı siniflərdə isə yeniyetməlik dövrünün psixoloji cəhətləri nəzərə alınaraq daha estetik və akademik görünüşə üstünlük verilməlidir.
Forma tətbiqi valideynlər üçün əlavə maddi çətinlik yaratmamalıdır. Bazar qiymətləri optimal və hamı üçün əlçatan olmalı, az təminatlı və sosial həssas qrupdan olan ailələrin övladları üçün güzəştli və ya ödənişsiz forma təminatı mexanizmləri qurulmalıdır”.
Ekspert vurğulayıb ki, forma tələbi məktəblərdə şagirdlərin dərsdən kənarlaşdırılması və ya psixoloji baskıya məruz qalması üçün vasitəyə çevrilməməlidir. Proses cəzaçəkiletmə prinsipi ilə deyil, maarifləndirmə, məktəb-valideyn əməkdaşlığı və daxili mədəniyyətin formalaşdırılması yolu ilə həyata keçirilməlidir.
Valideyn qismində mövqeyini bölüşən A.Ağayeva nizam-intizam və rahatlıq balansının vacibliyini vurğulayıb:
“Mən valideyn kimi düşünürəm ki, məktəbli formasının olması uşaqlar arasında müəyyən nizam və məktəb mühiti yaradır. Uşaq məktəbə gedərkən bunun dərs yeri olduğunu daha yaxşı dərk edir. Amma forma uşağın yaşına və gündəlik məktəb həyatına uyğun olmalıdır. Çünki çox sərt və narahat qaydalar uşağın dərsə münasibətinə də təsir edə bilər. Məncə, burada əsas məsələ həm nizamın qorunması, həm də uşaqların özlərini rahat hiss etməsidir”.
Şagird nöqteyi-nəzərindən fikirlərini bildirən T.Məmmədova isə səliqəli görüntü ilə yanaşı, rahatlığın da önəmli olduğunu qeyd edib:
“Məncə, məktəbli formasının olması yaxşıdır. Hamının eyni formada olması məktəbdə daha səliqəli görüntü yaradır. Amma formanın rahat olması da vacibdir. Çünki gün ərzində uzun müddət məktəbdə oluruq və rahat olmayan geyimlə dərsə diqqət etmək çətin olur. Mən istərdim ki, forma ilə bağlı qərarlar veriləndə şagirdlərin də fikri nəzərə alınsın”.
Beləliklə, məktəbli formasının tətbiqində əsas məsələ yalnız vahid görünüşün təmin olunması deyil, həm də şagirdlərin rahatlığı, yaş xüsusiyyətləri və ailələrin sosial vəziyyətinin nəzərə alınmasıdır. Ekspert, valideyn və şagird fikirlərindən də göründüyü kimi, forma təhsil mühitində nizam-intizamın formalaşmasına xidmət etməklə yanaşı, uşaqlar üçün fiziki və psixoloji baxımdan uyğun olmalıdır. Bu baxımdan məktəbli forması ilə bağlı qərarların şagirdlərin ehtiyacları və real məktəb şəraiti nəzərə alınmaqla müəyyənləşdirilməsi önəmlidir.
Çimnaz Telmanqızı
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.