Böyük Ağayev kimdir?
19 Sentyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
80
18.09.2026, 11:30
Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.
Bu barədə Oxu24.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunur:
"Belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaradır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək, onları avtomobil yollarında operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırır.
Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.
Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb".
00:01 / 20 Sentyabr 2026
1
23:56 / 19 Sentyabr 2026
25
23:51 / 19 Sentyabr 2026
24
23:48 / 19 Sentyabr 2026
29
23:46 / 19 Sentyabr 2026
26
23:44 / 19 Sentyabr 2026
27
23:44 / 19 Sentyabr 2026
28
23:34 / 19 Sentyabr 2026
34
23:33 / 19 Sentyabr 2026
93
23:31 / 19 Sentyabr 2026
216
23:24 / 19 Sentyabr 2026
42
23:20 / 19 Sentyabr 2026
40
23:17 / 19 Sentyabr 2026
47
23:13 / 19 Sentyabr 2026
51
23:08 / 19 Sentyabr 2026
63
23:01 / 19 Sentyabr 2026
60
22:58 / 19 Sentyabr 2026
28
22:54 / 19 Sentyabr 2026
58
22:39 / 19 Sentyabr 2026
60
22:29 / 19 Sentyabr 2026
68
22:13 / 19 Sentyabr 2026
288
21:53 / 19 Sentyabr 2026
66
21:35 / 19 Sentyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.