Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11 Noyabr 2026, 14:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
576
17.09.2026, 20:35
“Yeni Sabah” xidmət orqanlarının 101, 102 və 103 kimi qaynar xətləri insanların həyat, sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə fasiləsiz rejimdə fəaliyyət göstərir.
Oxu24.com xəbər verir ki, bu nömrələrin əsassız yerə məşğul edilməsi və ya bilə-bilə yalan çağırışların edilməsi həqiqi köməyə ehtiyacı olan şəxslərin operativ yardım almasına mane olmaqla yanaşı, dövlət resurslarının lüzumsuz xərclənməsinə gətirib çıxarır. Azərbaycan Respublikasının qanunvericiliyi belə məsuliyyətsiz əməllərə görə həm inzibati, həm də müəyyən hallarda cinayət məsuliyyəti nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, yanğından mühafizə, polis, təcili tibbi yardım və ya digər xüsusi xidmətləri bilə-bilə yalan çağırmaq inzibati xəta hesab olunur və bu əməli törədən şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Lakin edilən zəng sadəcə xidməti lüzumsuz məşğul etməkdən kənara çıxaraq, ictimai təhlükəsizliyə ciddi hədə yaradan hallarla müşayiət olunduqda məsələ daha ağır hüquqi müstəvidə qiymətləndirilir. Yeni Sabah
Cinayət Məcəlləsinə əsasən, hazırlanmaqda olan terror aktı, partlayış, yanğın və ya insanların tələfatına, böyük həcmdə əmlakın məhvinə səbəb ola biləcək digər təhlükəli əməllər barədə bilə-bilə yalan məlumat vermək cinayət tərkibi yaradır. Bu cür əməllərə görə təqsirkar şəxslər iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya müvafiq müddətə azadlıqdan məhrumetmə cəzası ilə üz-üzə qalırlar. Təcili xidmət nömrələrinə edilən hər bir daxilolmanın arxasında insan həyatı dayandığı üçün qanunvericilikdə nəzərdə tutulan bu sanksiyalar ictimai qaydanın və təhlükəsizliyin etibarlı qorunmasına xidmət edir.
14:51 / 11 Noyabr 2026
1
14:43 / 11 Noyabr 2026
39
14:39 / 11 Noyabr 2026
38
14:36 / 11 Noyabr 2026
41
14:26 / 11 Noyabr 2026
125
14:13 / 11 Noyabr 2026
243
13:58 / 11 Noyabr 2026
171
13:54 / 11 Noyabr 2026
436
13:48 / 11 Noyabr 2026
116
13:44 / 11 Noyabr 2026
159
13:41 / 11 Noyabr 2026
88
13:33 / 11 Noyabr 2026
221
13:27 / 11 Noyabr 2026
141
13:19 / 11 Noyabr 2026
88
13:13 / 11 Noyabr 2026
99
12:57 / 11 Noyabr 2026
157
12:54 / 11 Noyabr 2026
157
12:48 / 11 Noyabr 2026
118
12:44 / 11 Noyabr 2026
175
12:35 / 11 Noyabr 2026
302
12:32 / 11 Noyabr 2026
124
12:29 / 11 Noyabr 2026
103
12:24 / 11 Noyabr 2026
854
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.