Vergi ödəyicilərinə MÜHÜM XƏBƏR
05 Noyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
296
16.09.2026, 18:00
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq.
Oxu24.com xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilərək Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi təsbit edilir.
Eyni dəyişikliklə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbinin də müvafiq hüquqi statusu rəsmiləşdirilir.
Xankəndidə İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə sosial, təhsil və mədəni infrastrukturun bərpasının mühüm istiqamətlərindən biridir. Məktəbin yaradılması uşaqların və gənclərin incəsənət təhsilinə əlçatanlığının təmin edilməsinə, onların yaradıcı potensialının üzə çıxarılmasına və Qarabağın zəngin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.
İlkin mərhələdə məktəbdə 100-dək şagirdin təhsil alması, sonrakı mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur. Tədris musiqi ilə yanaşı, tələbat əsasında incəsənətin digər istiqamətlərini də əhatə edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə olan tələbatın müəyyənləşdirilməsi məqsədilə MyCulture vahid şəxsi kabinetində xüsusi elektron müraciət bölməsi yaradılıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib. Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edilərək tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.
Xankəndidə yeni incəsənət məktəbinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesinin mədəni və yaradıcı mühitlə tamamlanmasına xidmət edən mühüm addımdır. Xankəndidə həyatla birlikdə musiqi, yaradıcılıq və incəsənət təhsili də yeni mərhələyə qədəm qoyur.
11:48 / 05 Noyabr 2026
12
11:46 / 05 Noyabr 2026
22
11:42 / 05 Noyabr 2026
39
11:34 / 05 Noyabr 2026
148
11:32 / 05 Noyabr 2026
101
11:29 / 05 Noyabr 2026
107
11:21 / 05 Noyabr 2026
157
11:16 / 05 Noyabr 2026
82
11:07 / 05 Noyabr 2026
80
10:59 / 05 Noyabr 2026
92
10:54 / 05 Noyabr 2026
145
10:45 / 05 Noyabr 2026
208
10:43 / 05 Noyabr 2026
100
10:38 / 05 Noyabr 2026
118
10:34 / 05 Noyabr 2026
94
10:20 / 05 Noyabr 2026
117
10:14 / 05 Noyabr 2026
87
10:12 / 05 Noyabr 2026
872
10:02 / 05 Noyabr 2026
98
10:00 / 05 Noyabr 2026
112
10:00 / 05 Noyabr 2026
130
09:53 / 05 Noyabr 2026
103
09:31 / 05 Noyabr 2026
485
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.