Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6032
11.09.2026, 20:38
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.
***
Bunları oxuyun: Məşhur ticarət mərkəzinin rəhbəri vəfat etdi
Misir Mərdanov Məleykə Abbaszadə barədə ŞOK SÖZLƏR
Bu qərar Azərbaycanda kimlərə təsir edəcək? — İqtisadçılar detalları açıqlayır
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında saziş təsdiq ediləcək.
Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
***
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək.
Bununla bağlı iki ölkə arasında imzalanmış sazişin təsdiqini nəzərdə tutan qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyəsi gözlənilir.
***
Milli Məclis "Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini müzakirə edəcək.
Sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Saziş bu il fevralın 19-da imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Sazişi Milli Məclis ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.
***
Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edəcək.
Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiqi haqqında qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.
***
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.