Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
342
31.08.2026, 17:41
Keçmişdə gözəl adətlərimiz, dəyərlərimiz olub. Doğrudur, onların da arasında mənasız, lazımsızı var. Amma zamanla sıradan çıxarmağı, biraz məntiqlə yanaşmağı bacarmışıq.
Lakin bu qədər də yox. Müasirlik budursa əgər o bizə lazım deyil. Hər gün bir addım uçuruma yaxınlaşırıq. Nənələrimiz demişkən, qayanın qaşındayıq. Unuduruq bütün dəyərləri, ya da unutdururlar, onu da deyə bilmərəm.
Biz öz kökləri, dayaqları üzərində formalaşan, təmiz qandan, soydan olan xalqıq. Niyə belə dəyişirik, məlum deyil.
Qədim zamanlarda at igidin yaraşı olmaqla yanaşı, həm də insanın ən yaxın dostu, silahdaşı və köməkçisi idi. Hər işə yarayar, dadımıza çatardı. Atlı dəstələr təkcə, döyüşdə filan deyil, xoş günlərdə, bayramlarda da insanların gərəyi olardı. Toylarda atların iştirakı ilə yarışlar keçirilər, gəlin gətirməyə gedərdilər. İgidlər bulaq başına gedən qızları bəyənmək üçün at belində seyr edərdilər. Atı ilə qız qaçırardılar.
Kəndimizdə bir qadın vardı. Böyüklər danışırdı ki, cavanlıqda yaylaqda bulaq başına gedərkən qırx atlı o qızı qaçıra bilməyib. Bu da bir dəyər, abır, ismətdir ki, bizim xalqımıza məxsusdur.
Məqsədim, atı və yaxud da, igidləri öymək, tərif etmək deyil. Son günlərin bir toy mənzərəsi qarşıma çıxdı. Gəldiyim qənaət heç də ürəkaçan deyil.
Deməli, bəy və gəlin şəhərboyu küçələrdən motosiklet belində keçib, məclisə daxil olurlar. Yəqin ki, gənclər dəyişiklik, yenilik, daha maraqlı, kreativ variant göstərmək istəyiblər. Amma bərbad bir fikirdir. Həqiqətən.
Yəqin ki, bununla bağlı məni qınayan, top atəşinə tutan da olacaq. Lakin mən öz fikrimdə qalıram, kökündən səhv addımdır. Evlənən cütlüklər elə özləri bir yenilik, gözəllikdir. Biz onlardan zövq almalıyıq. Təəssüf hissi yox. Əlbəttə ki, ailə quran hər bir gənci Allah xoşbəxt eləsin deyirik.
Ancaq bir sual da bizi düşündürür, haradan gəlib, hara gedirik? Yuxarıda qeyd etdiyim atdan düşüb, heç eşşəyə də minməmişik. Hara düşmüşük, haradayıq, heç özümüz də bilmirik.
Ramidə Yaqubqızı.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.