Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
27.08.2026, 20:00
“WhatsApp” istifadəçi hesablarının təhlükəsizliyini artırmaq məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verib. Yeniliklər hesabların qorunması, iki mərhələli doğrulama və naməlum nömrələrdən gələn zənglərlə bağlı əlavə təhlükəsizlik imkanlarını əhatə edir.
Oxu24.com zəbər verir ki, platformada əvvəllər istifadə olunan 6 rəqəmli PIN kodu daha güclü şifrələrlə əvəzlənir. Yeni sistemdə istifadəçilər hərf, rəqəm və xüsusi simvollardan ibarət daha uzun şifrələrdən yararlana biləcəklər. Bunun hesabların icazəsiz girişlərdən qorunmasını gücləndirəcəyi bildirilir.
“WhatsApp” istifadəçilərə kontakt siyahısında olmayan şəxslərdən gələn zənglərlə bağlı əlavə məlumat göstərəcək. Belə hallarda zəng edən şəxsin başqa ölkədə olub-olmaması və istifadəçi ilə ortaq qruplarının mövcudluğu barədə məlumat təqdim ediləcək.
Bu funksiyanın əsas məqsədi dələduzluq və şübhəli zənglərin qarşısının alınmasına kömək etməkdir. Yenilik hazırda yalnız “Android” cihazlarında əlçatandır.
“WhatsApp”a hesab və tətbiqə giriş üçün bir neçə parol əlavə etmək imkanı da gətirilib. Barmaq izi, üz tanıma və ekran kilidi kimi təhlükəsizlik üsullarından istifadə edən funksiyanın artıq bir milyarddan çox istifadəçisi olduğu qeyd edilir.
İstifadəçilər bu funksiyanı “Ayarlar” bölməsinin “Hesab” hissəsindən aktivləşdirə və müxtəlif cihazlarda hesablarına daha təhlükəsiz şəkildə giriş edə bilərlər.
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.