8,7% artacaq - RƏSMİ AÇIQLAMA
05 Noyabr 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
612
25.08.2026, 23:01
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və töhfəniz hörmət və heyranlıq hissləri doğurur.
Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.
Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə kömək edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar arzulayıram.”
14:24 / 05 Noyabr 2026
1
14:18 / 05 Noyabr 2026
67
14:08 / 05 Noyabr 2026
75
14:01 / 05 Noyabr 2026
54
13:48 / 05 Noyabr 2026
461
13:41 / 05 Noyabr 2026
88
13:20 / 05 Noyabr 2026
127
13:12 / 05 Noyabr 2026
153
13:02 / 05 Noyabr 2026
287
13:00 / 05 Noyabr 2026
175
12:56 / 05 Noyabr 2026
113
12:51 / 05 Noyabr 2026
114
12:41 / 05 Noyabr 2026
381
12:40 / 05 Noyabr 2026
118
12:39 / 05 Noyabr 2026
104
12:36 / 05 Noyabr 2026
167
12:27 / 05 Noyabr 2026
550
12:26 / 05 Noyabr 2026
102
12:16 / 05 Noyabr 2026
690
12:14 / 05 Noyabr 2026
101
12:11 / 05 Noyabr 2026
102
12:00 / 05 Noyabr 2026
112
11:48 / 05 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.