3 il təxirə salınır
05 Noyabr 2026, 14:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
232
25.08.2026, 18:49
Qloballaşan dünyada beynəlxalq hüquqi münasibətlərin genişlənməsi və vətəndaşların xaricdə hüquqi prosedurlarla qarşılaşması halı hər keçən gün artmaqdadır. Xüsusilə xarici ölkələrin məhkəmələri tərəfindən çıxarılan qərarların Azərbaycan Respublikası ərazisində tanınması və icra olunması məsələsi bir çox vətəndaş üçün böyük sual doğurur.
Mülki, ticari və ya ailə mübahisələri ilə bağlı xaricdə verilən qərarların ölkə daxilində hüquqi qüvvəyə minməsi müəyyən edilmiş prosedurlara tabedir. Bu proses həm beynəlxalq müqavilələrə, həm də Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən tənzimlənir. Prosedurun düzgün və vaxtında həyata keçirilməsi tərəflərin hüquq və mənafelərinin qorunmasında həlledici rol oynayır. Bir çox halda vətəndaşlar qərarın birbaşa icra orqanlarına təqdim edilməli olduğunu düşünsələr də, qanunvericilik tamamilə fərqli və mərtəbəli bir mexanizm müəyyən edib. Prosedurun hər bir mərhələsində sənədlərin doğru təqdim edilməsi və aidiyyəti instituta müraciət olunması vacib şərtlərdən biridir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Sevil Məmmədova xarici məhkəmə qərarlarının ölkəmizdə icra olunma ardıcıllığını və müraciət olunmalı ünvanı etdiyi açıqlamada ətraflı izah edib.
Vəkil bildirib ki, xarici ölkələrin məhkəmə qərarlarının Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəyə minməsi və icra olunması üçün vətəndaşlar ilk növbədə Ali Məhkəməyə müraciət etməlidirlər:
“Birbaşa icra qurumlarına müraciət etmək hüquqi baxımdan yolverilməzdir. Əvvəl Ali Məhkəmə tərəfindən həmin xarici qərarın tanınması və icraya yönəldilməsi haqqında müvafiq qərar qəbul olunmalıdır”.
Sevil Məmmədova qeyd edib ki, Ali Məhkəmənin müvafiq qərarı çıxdıqdan sonra proses növbəti mərhələyə keçir və aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə yönəldilir. Ədliyyə Nazirliyi daxil olan sənədləri və Ali Məhkəmənin qərarını nəzərdən keçirərək, onları icra edilməsi üçün müvafiq icra qurumlarına (icra şöbələrinə) ünvanlayır. Yalnız bu ardıcıllıq gözlənildikdən sonra xarici məhkəmənin qərarı Azərbaycan Respublikası ərazisində məcburi icra olunma mexanizminə sahib olur.

Çimnaz Telmanqızı
14:41 / 05 Noyabr 2026
1
14:36 / 05 Noyabr 2026
29
14:25 / 05 Noyabr 2026
52
14:24 / 05 Noyabr 2026
74
14:18 / 05 Noyabr 2026
157
14:08 / 05 Noyabr 2026
99
14:01 / 05 Noyabr 2026
68
13:48 / 05 Noyabr 2026
726
13:41 / 05 Noyabr 2026
95
13:20 / 05 Noyabr 2026
142
13:12 / 05 Noyabr 2026
157
13:02 / 05 Noyabr 2026
334
13:00 / 05 Noyabr 2026
185
12:56 / 05 Noyabr 2026
160
12:51 / 05 Noyabr 2026
123
12:41 / 05 Noyabr 2026
401
12:40 / 05 Noyabr 2026
125
12:39 / 05 Noyabr 2026
108
12:36 / 05 Noyabr 2026
176
12:27 / 05 Noyabr 2026
574
12:26 / 05 Noyabr 2026
110
12:16 / 05 Noyabr 2026
747
12:14 / 05 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.