Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
24.08.2026, 20:58
Jurnalist İlkin Abbas vaxtilə nişanlı olduğu qızın ailəsindən şikayətçidir.
Oxu24.com xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
İ.Abbas deyib ki, bir müddət əvvəl nişanlısından ayrılıb və bu barədə həm öz, həm də qızın ailəsinə məlumat verib.
“Mən son ana qədər bu haqda danışmaq istəmirdim və gözlədim ki, görüm bu məsələ hansı istiqamətdə gedəcək. Amma məni buna məcbur etdilər, elə bir vəziyyətə gətirib çıxardılar ki, açıqlama verməyə məcbur qaldım.
Hazırda Sumqayıt şəhərində toy keçirilir, amma toyda bəy yoxdur. Yəni gəlin var, bəy yoxdur. O bəy də mən olmalı idim. Amma mən orada yoxam. Çünki mən həmin xanımla on-on iki gün bundan əvvəl ayrılmaq qərarı vermişəm və sivil şəkildə ayrılmışam. Xatırlayanlar bilir ki, mən həmin xanımla nişanlanmışdım. Bizim nişan mərasimimiz olmuşdu və nişan videolarımız da bir sıra sosial şəbəkə hesablarında paylaşılmışdı”, - o vurğulayıb
İ.Abbas daha sonra bildirib:
“Nişanlılıq, normal olaraq, evliliyə gedən yolda insanların bir-birini daha yaxından tanıdığı mərhələdir. Biz də nişanlılıq dövründə o qədər problemlər yaşadıq, o qədər əngəllərlə qarşılaşdıq ki, artıq bu izdivacın sonunu görmürdüm. İlk gündən qızın anası da bizim evliliyimizi dəstəkləmirdi”.
Onun sözlərinə görı, həmin xanımla ailə qurmağın gələcəyini görmədiyi üçün ayrılmaq qərarı verib: “O qərarı verdiyim gündən bəri təhqir və şantaj olunuram. Bununla bağlı məndə səs yazıları və faktlar var.
Mənə deyilir ki, sən ayrıla bilməzsən, ayrıldığını desən belə, biz toyu keçirəcəyik. Necə ki, hazırda toy keçirilir. Amma toy kimin üçün keçirilir, kim evlənir, bu, mənə bəlli deyil.
Hazırda həmin toyda mənim adım keçdiyi üçün, yəni orada bəy qismində mən iştirak etməli olduğum üçün bu açıqlamanı verməyə özümü məcbur hiss edirəm. Bildirmək istəyirəm ki, orada keçirilən toyun mənim şəxsimlə birbaşa heç bir əlaqəsi yoxdur.
Qızın ailəsi mənim istəməməyimə baxmayaraq, son ana qədər toyun keçirilməsində təkid edib. Bununla bağlı da məndə səs yazıları var. Mən normal şəkildə ayrılmaq qərarı vermişəm. Amma bu gün özünə qəsd edəcəyi ilə bağlı ifadələrlə şantaj və təhdid olunuram.
Mən həmin xanımla normal və sivil şəkildə ayrılmışam. Bundan sonra onun həyatında hansısa hadisə baş verərsə, özünə nəsə edərsə və yaxud intihar hadisəsi baş verərsə, bunun mənim şəxsimlə heç bir əlaqəsi yoxdur.
Bir çox cütlükdə münasibətlər alınmadığı kimi, bizdə də alınmadı və mən ayrılmaq qərarımı normal şəkildə bildirdim. Toyu da normal şəkildə ləğv edə bilərdilər. Amma hansısa səbəbdən toyu davam etdirirlər və hazırda toy keçirilir.
Bir daha bildirmək istəyirəm ki, mən həmin xanımla ayrılmışam. Hazırda sözlərimi belə ifadə etməkdə çətinlik çəkirəm, çünki ilk dəfədir belə bir vəziyyətlə qarşılaşıram.
Bu, hər kəsin başına gələ bilər. İnsan evlənəcəyi şəxsi, partnyorunu bəzən nişanlılıq dövründə, bəzən isə evlilik zamanı daha yaxından tanıyır. Mənim şansım gətirdi ki, mən onu nişanlılıq dövründə daha yaxından tanıdım və vaxtında qərar verdim.
Bir daha son olaraq deyirəm ki, mən həmin xanımla sivil şəkildə ayrılmışam. Ayrılmaq üçün özümə görə əsaslı səbəblərim var. Amma bundan sonra mən şantaj və ölümlə təhdid olunuram, onun ailəsi tərəfindən də təhdid olunduğumu bildirirəm”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.