İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1379
20.08.2026, 17:28
Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nature Geoscience” (NG) jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasını 10-15 gün gecikdirə, eyni zamanda, fırtınaların gətirdiyi yağıntının intensivliyini 38-45 faiz artıra bilər.
Tədqiqatçılar yüksək dəqiqlikli iqlim modellərindən istifadə edərək yüzlərlə kilometr əraziyə yayılan və saatlarla davam edə bilən “orta miqyaslı konvektiv sistemləri” (MCS) araşdırıblar.
Araşdırmanın nəticələri göstərir ki, planet istiləşdikcə atmosferin daha çox enerji toplaması və qlobal hava dövranının yavaşlaması yağış mövsümünün başlanmasını gecikdirə bilər. Lakin gecikmə atmosferdə daha çox enerjinin toplanmasına səbəb olur. Nəticədə fırtınalar başladıqda daha qısa müddətdə daha güclü yağış yağması mümkündür. Alimlər yağıntının intensivliyinin bəzi ssenarilərdə 38-45 faiz arta biləcəyini hesablayıblar.
Yağıntıların daha qısa müddətdə və daha intensiv düşməsi isə qəfil daşqınların riskini artıra bilər. Bu dəyişiklik xüsusilə sıx məskunlaşmış və kənd təsərrüfatından asılı olan ərazilər üçün ciddi nəticələr yarada bilər.
Bildirilir ki, iqlim dəyişikliyinin fırtınaların mövsümi davranışına təsirinin daha yaxşı öyrənilməsi gələcəkdə erkən xəbərdarlıq sistemlərinin, kənd təsərrüfatı planlarının və su idarəçiliyi strategiyalarının yenilənməsi üçün vacibdir.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.