5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
553
18.08.2026, 09:33
Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır:
“Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.
Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir:
“İlk növbədə bu qərarın niyə verildiyinə baxaq. Səbəb odur ki, şəhərdə tıxacları azaltmaq üçün taksi fəaliyyətində müəyyən tənzimləmələr həyata keçirildi. Taksi sayı azaldıldı, müəyyən tələblər qoyuldu. Bu tələblərdən biri də ondan ibarətdir ki, hansı şəhərdə taksi fəaliyyətinə icazə varsa, yalnız orada fəaliyyət göstərmək mümkündür.
Əvvəllər Bakıda 75 minə yaxın taksi var idi. İndi bu say yarıya qədər endirilib. 25 minə qədər də azalmalıdır. Bu, şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərir.
Hazırda atılan addımlar, aparılan siyasət insanları kiçik nəqliyyat vasitələrindən ictimai nəqliyyata yönəltməyə hesablanıb. Əks halda tıxacdan əziyyət çəkəcəyik. Ətraf rayonlardan və ya Sumqayıtdan qeydiyyatdan keçən taksilərin Bakıda fəaliyyətinə icazə verilməsi tıxacların artmasına səbəb olacaq”.
19:09 / 04 Oktyabr 2026
6
18:44 / 04 Oktyabr 2026
18
18:34 / 04 Oktyabr 2026
35
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
396
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1908
16:56 / 04 Oktyabr 2026
181
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
164
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.