44 günün içərisində 8 NOYABR TARİXİ — TƏHLİL
08 Noyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
11.08.2026, 10:29
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə fasilələrlə yağış yağacaq, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli və intensiv olacaq. Şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna edilmir.
Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə və piyadalara ehtiyatlı olmağı tövsiyə edib. Yağışlı və görmə məsafəsinin məhdud olduğu yollarda sürət azaldılmalı, avtomobillər arasında məsafə artırılmalı, qəfil manevr və kəskin tormozlamalardan çəkinilməlidir. Piyadalar isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli və hərəkət zamanı telefondan istifadə etməməlidirlər.
Belə havalarda sağlamlığı qorumaq üçün nə etmək lazımdır?
Dəyişkən və yağışlı havalarda islanmamaq, yaş paltarla uzun müddət qalmamaq və küləkli şəraitdə açıq havada çox vaxt keçirməmək məsləhətdir. Çöldə olarkən hava şəraitinə uyğun geyinmək, xüsusilə ayaqları quru saxlamaq vacibdir.
Şimşək və güclü yağış zamanı ağacların altında, açıq ərazilərdə və su hövzələrinin yaxınlığında dayanmaq olmaz. Astma və digər tənəffüs problemləri olan şəxslər isə hava şəraitinin kəskin dəyişməsi zamanı özlərini daha diqqətlə qorumalıdırlar.
Güclü yağış və sel riski olan ərazilərdə isə mümkün qədər evdə qalmaq, zərurət olmadıqca səfərə çıxmamaq və rəsmi hava xəbərdarlıqlarını izləmək tövsiyə olunur.
18:57 / 08 Noyabr 2026
20
18:55 / 08 Noyabr 2026
44
18:39 / 08 Noyabr 2026
154
18:35 / 08 Noyabr 2026
125
18:30 / 08 Noyabr 2026
166
18:28 / 08 Noyabr 2026
129
18:22 / 08 Noyabr 2026
107
18:13 / 08 Noyabr 2026
139
18:11 / 08 Noyabr 2026
83
18:09 / 08 Noyabr 2026
101
18:02 / 08 Noyabr 2026
174
17:43 / 08 Noyabr 2026
121
17:41 / 08 Noyabr 2026
113
17:27 / 08 Noyabr 2026
239
17:23 / 08 Noyabr 2026
150
17:20 / 08 Noyabr 2026
1583
17:18 / 08 Noyabr 2026
96
17:14 / 08 Noyabr 2026
119
16:34 / 08 Noyabr 2026
3006
16:25 / 08 Noyabr 2026
102
16:12 / 08 Noyabr 2026
213
16:06 / 08 Noyabr 2026
237
15:17 / 08 Noyabr 2026
181
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.