9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
10.08.2026, 18:56
Son günlərdə ölkədə sürücülük hüququ almaq istəyən şəxslərin sayında kəskin artım müşahidə olunur. Bu artımla paralel olaraq, müxtəlif sürücülük kursları və fərdi təlimçilər tərəfindən təklif edilən xidmətlərin qiymət diapazonu da genişlənib. Hazırda bazarda bir sürücülük dərsinin qiyməti 20 manatdan 50 manatadək dəyişir.
Bir çox sürücü namizədi büdcəsinə qənaət etmək məqsədilə daha ucuz təlim paketlərinə üz tutur. Lakin mütəxəssislər ucuz və keyfiyyətsiz kursların gələcəkdə ağır yol-nəqliyyat hadisələrinə zəmin yaratdığını bildirirlər. Sürücülük vərdişlərinə tam yiyələnməyən şəxslərin sükana əyləşməsi yollarda ciddi təhlükə mənbəyinə çevrilir. Xüsusilə ilkin idarəetmə qaydalarını qapalı təlim meydançasında mənimsəməyən öyrənənlər real şəhər hərəkətində böyük risklərlə qarşılaşırlar. Bu səbəbdən mütəxəssislər sürücü namizədlərinə seçimlərində qiyməti deyil, təlimin keyfiyyətini əsas götürməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Oxu24.com-a açıqlamasında bildirib ki, sürücülük təliminin ilkin mərhələsində nəqliyyat vasitəsinin idarəetmə orqanları — sükan və pedallarla tanışlıq, həmçinin baza idarəetmə vərdişlərinin formalaşdırılması
mütləq şəkildə qapalı təlim meydançalarında həyata keçirilməlidir.
Onun sözlərinə görə, həmin mərhələdə avtomobilin yerindən rəvan hərəkətə gətirilməsi, dəqiq manevretmə texnikasının mənimsənilməsi və süni maneələr (konuslar) vasitəsilə qabarit hissiyyatının inkişaf etdirilməsi təmin olunur.
Ekspert sürücü namizədlərinin əksəriyyəti iqtisadi amilləri üstün tutaraq aşağı büdcəli təlim proqramlarına yönəlməsindən təəssüf edərək qeyd edib ki, bu cür kurslarda fundamental hazırlıq mərhələsi ötürülərək təlim nəqliyyat vasitələri birbaşa gərgin hərəkət olan küçə-yol şəbəkəsinə çıxarılır:
“Nəticədə, yetərsiz psixomotor vərdişlərə malik sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin dinamikasında statistik artım müşahid olunur”.
Nəticə olaraq qeyd edək ki, yollarda təhlükəsizliyin təmin olunması üçün sürücülük təlimi prosesinə nəzarət gücləndirilməli və yalnız standartlara cavab verən kursların fəaliyyətinə icazə verilməlidir. Əks halda, yetərsiz hazırlıqla yola çıxan hər bir yeni sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün potensial təhlükə olaraq qalacaq.
Çimnaz Telmanqızı
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.