9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
311
08.08.2026, 13:01
İllər əvvəl çox hörmət etdiyim bir xanım qonşusu olan nənə haqqında olduqca maraqlı əhvalatlar danışırdı. Bunların içərisində kədərlisi də var idi, xoş əhval-ruhiyyəlisi də. Amma biri heç yadımdan çıxmır.
Deməli, nənənin həyat yoldaşı 1941-ci ildə müharibəyə gedir. Beş il ərzində qara məktub alan, itkin xəbəri alan yüzlərlə, minlərlə ailə olur. Nənə bir müddət ərindən məktub alsa da, geridə qalan vaxtı heç bir xəbər gəlmir. 1945-ci ildə müharibə bitir. Yenə də kişinin nə öldü, nə də qaldı xəbəri gəlir. Qohum - əqraba daha əlini üzür ki, müharibədə ya həlak olub, ya da itkin düşüb. Əsir də düşə bilərdi, amma o zaman da hansısa məlumat olardı.
Lakin nənə heç vaxt ümidini üzmür. Deyirmiş ki, "O gedəndə mənə söz verib, qayıdıb gələcək". Əgər, harasa gedərmişsə, evinin açarını qonşuya verərmiş ki, kişi gələndə qapıda qalmasın. Ölən gününə kimi bu ümidlə yaşayır həmin qadın. Amma təəssüf ki, ömür-gün yoldaşından da heç bir xəbər olmur. Nənə öz ölümü ilə həyat yoldaşını da həmin gün öldürür. Bir yerdə, bir qəbirdə dəfn olunurlar sanki.
Əlbəttə, bu, bir Azərbaycan qadınının sədaqəti, etibarı və vəfasıdır. Əhdinə dönük çıxmayan, yuvasının istiliyini, məhrəmliyini son nəfəsinə kimi qoruyan. Taleyinin uğursuzluğu ilə barışıb, ömrünü qocaldan, amma inamını itirməyən bir xanımın həyat hekayəsidir. O son nəfəsinə kimi ərinin verdiyi sözə dönük çıxmayacağını düşünərək, yol gözləyib.
Bax, əsl ailə modeli dediyimiz nümunələrdən biri də budur. Yüzlərlə belə misallar çəkə bilərik.
Təəssüf ki, son illər bu sahədə də axsamlar, neqativlər çoxalıb. Təkcə, Tik-Tok sosial şəbəkə yə nəzər yetirmək kifayətdir ki, bəs etsin. Axşamları qaynar qazana dönən bu platforma yaşından asılı olmayaraq bir zümrə qadınlarla dolu olur. Elə bil, onları hansısa sel gətirib yığır bir yerə.
Məəttəl qalırsan, niyə qışqırırlar, nəyin davasını aparırlar. Şit gülüşlər, sırtıq, düşük danışıqlar, ədəbsiz dialoqlar, söyüş, təhqir baş alıb gedir. Ağızlarını marçıldadıb yemək yeməyi özlərinə hünər bilirlər. Hara gedirik, necə olacaq bunların axırı, düşündükcə dəhşətə gəlir insan. Bunlarmı ailə qoruyub, sədaqət, vəfa nümayiş etdirəcəklər? Əksinə, belələri yetişməkdə olan nəslə pis nümunə olmaqla yanaşı, yol yoldaşı da olurlar. Gəncləri də öz axınlarını salıb, körükləyirlər üzü aşağı.
Ərdən boşanıb, övladından silah, vasitə kimi istifadə edən belələri macəra axtarırlar. O uşaqların taleyi necə olacaq? Gələcəkdə cəmiyyət üçün yararlı vətəndaş kimi böyüyəcək, ya valideynin tutduğu yolu əsas götürərək, ən asan qazanc dalınca gedəcək? Bütün bunlar olduqca narahatedici məqamlardır. Yavaş-yavaş sanki qabığımız soyulur, rənginiz dəyişdiyi kimi, içimiz, daxilimiz də çökür. Dəyərlər, o dəyərlərə sədaqət unudulur. TƏƏSSÜF...
Ramidə Yaqubqızı.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.