"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
242
07.08.2026, 18:55
Yay mövsümünün gəlişi və havaların isti keçməsi ilə yüzlərlə insan, xüsusilə də uşaqlı ailələr sərinlənmək üçün çimərliyə üz tutur. Lakin istirahət məqsədilə seçilən hər çimərlik sağlamlıq baxımından təhlükəsiz olmaya bilər. Azərbaycanda bəzi ərazilərdə dəniz suyunun çirklənməsi ilə bağlı aidiyyatı qurumlar mütəmadi məlumat yayır və həmin ərazidən istifadə etməməyi məsləhət görürlər. Çünki dənizin çirklənməsi uşaqlar və böyüklər üçün müxtəlif sağlamlıq riskləri yaradır.
Son günlər həkimlər də sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda müxtəlif infeksiyalara yoluxmuş uşaqların sayında artım müşahidə olunduğunu bildirirlər. Bu artımın yay mövsümü, isti hava şəraiti ilə yanaşı, bəzi hallarda çirkli sularda çimməklə də əlaqəli ola biləcəyini qeyd edirlər.
Çirkli dəniz suyu hansı infeksiyaların yayılmasına səbəb ola bilər?
Oxu24.com xəbər verir ki, mövzuya münasibət bildirən həkim-pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirdi ki, virus və bakteriyalarla çirklənmiş dəniz suyundan ciddi yoluxmalar mümkündür:
“Çirkli dəniz suyunda rotaviruslar, bağırsaq infeksiyaları törədən bakteriyalar var. Bunların olduğu yerlərdə yoluxma halları qaçılmazdır. Bu infeksiyalara yoluxan uşaqlarda qusma, ishal, yüksək temperatur müşahidə olunur. Qızdırma, qusma, ishalın səbəbinin məhz virus və ya bakteriya olduğunu həkim müəyyən etməlidir. Ona görə də kiçik yaşlı uşaqların valideynləri dərhal həkimə müraciət etməlidir. Çünki qusma və ishalla onlar maye itirirlər, bunun nəticəsində orqanizm suzuzlaşa və ağır fəsadlar törədə bilər”.
Bəzi insanlar xəbərdarlıqlara məhəl qoymurlar
Həkim insanları çirklənmiş dəniz sularından uzaq durmağa səsləyib:
“Aidiyyəti qurumların açıqlamalarına diqqət yetirmək vacibdir. Həmin qurumlar dəniz suyunun çirkli olduğu və çimməyin qadağan edildiyi ərazilər barədə mütəmadi olaraq məlumat verir, xəbərdarlıq edirlər. Amma bəzi insanlar bu xəbərdarlıqlara məhəl qoymadan həmin ərazilərdə çimməyə davam edirlər."
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.