9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
408
07.08.2026, 15:57
Uşağa qulluq məqsədilə sosial məzuniyyət götürən şəxslərə müavinət ödənilir.
Müavinətin təyin olunması üçün müraciət elektron formada həyata keçirilir.
Belə ki, valideynlərdən biri və ya ailənin digər üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət götürə bilər.
Bu müddət ərzində uşağa qulluq edən şəxsə yaşa uyğun olaraq müavinət verilir.
Belə ki, uşağın 1 yaş yarımınadək qulluğuna görə aylıq 44 manat, 1 yaş yarımdan 3 yaşınadək qulluğuna görə isə 28 manat müavinət ödənilir.
Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.
Uşaq üç yaşına çatanadək öldüyü halda müavinətin verilməsi uşağın öldüyü gündən, habelə sığortaolunanın öz xahişi ilə qismən ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən müavinətin verilməsi dayandırılır.
Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.//Milli.az
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.