Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 2026, 08:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
357
07.08.2026, 09:00
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq.
Bu barədə “Azərişıq” məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov, Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə Suraxanı rayonu Hövsan qəsəbəsində saat 10:00-dan 13:00-dək İlqar Əhlimanov küçəsinin bir hissəsini əhatə edəcək.
Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir və budanma işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək bəzi küçələrdə məhdudiyyət tətbiq ediləcək.
Biləsuvar EŞ-yə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və şəhərin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir sıra məntəqələrdə saat 14:00-dan 16:00-dək fasilə olacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.