"Ey Sevgili Bayrağım!"— Şəmsi Vəfadarın qələmindən öz səsi ilə
09 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
05.08.2026, 14:30
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq.
Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur. Yeni qaydaya müvafiq olaraq yuxarıda qeyd edilən tələblərə cavab verən daşıyıcılara dövlət tərəfindən sərnişin sayından asılı olmayaraq, qət edilmiş məsafəyə görə subsidiya ödəniləcək.
Yeni qaydanın tətbiqi nəticəsində ictimai nəqliyyatda islahatlar daha da sürətlənəcək və ictimai nəqliyyatı idarəetmə sistemində köklü dəyişiklik baş verəcək. O cümlədən:
- daşıyıcıların maliyyə dayanıqlığı artacaq;
- rentabelli olmayan avtobus marşrutlarında dayanıqlı sərnişindaşıma fəaliyyəti göstəriləcək. (Məsələn, hazırda bir sıra yaşayış məntəqlərində sərnişin sayı az olduğundan daşıyıcılar həmin ərazilərdə xidmət göstərməkdə maraqlı deyillər. Yeni qaydalar isə bu xətləri daşıyıcılar üçün cəlbedici edəcək və əlçatanlıq artacaq);
- rentabelli olmayan marşrutlarda daha müasir və ekoloji təmiz avtobusların istismarı üçün şərait yaradılacaq;
- sərnişin sayından asılı olmayaraq daşıyıcılar müəyyən edilmiş qrafik üzrə keyfiyyətli xidmət göstərməkdə maraqlı olacaqlar. Yeni qaydaların daşımlara verdiyi ən böyük töhfə isə “çox məsafə qət et, çox qazan” prinsipidir. Buna görə də daşıyıcılar keyfiyyətli xidmət göstərilməsində maraqlı olacaqlar.
09:26 / 09 Noyabr 2026
1
09:19 / 09 Noyabr 2026
36
08:46 / 09 Noyabr 2026
63
08:42 / 09 Noyabr 2026
268
08:25 / 09 Noyabr 2026
97
04:25 / 09 Noyabr 2026
564
02:31 / 09 Noyabr 2026
542
01:34 / 09 Noyabr 2026
331
01:20 / 09 Noyabr 2026
728
01:10 / 09 Noyabr 2026
435
01:06 / 09 Noyabr 2026
204
00:58 / 09 Noyabr 2026
419
00:50 / 09 Noyabr 2026
316
00:29 / 09 Noyabr 2026
1228
00:25 / 09 Noyabr 2026
618
00:21 / 09 Noyabr 2026
222
00:17 / 09 Noyabr 2026
164
00:12 / 09 Noyabr 2026
161
23:49 / 08 Noyabr 2026
270
23:45 / 08 Noyabr 2026
230
23:18 / 08 Noyabr 2026
1436
23:14 / 08 Noyabr 2026
219
23:09 / 08 Noyabr 2026
327
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.