Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda təhlükəli hava: Nə vaxtadək davam edəcək? - AÇIQLANDI 

Bakıda təhlükəli hava: Nə vaxtadək davam edəcək? - AÇIQLANDI 

CƏMİYYƏT

90

27.07.2026, 10:28

"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".

Oxu24.com  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır: "Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”.