1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
23.07.2026, 17:12
Müasir dövrdə insan gündəlik həyatın sürəti və qarşılaşdığı saysız-hesabsız məlumat axını fonunda tez-tez müxtəlif psixoloji gərginliklərlə üz-üzə qalır. Bəzən heç bir real əsas olmadan gələcəklə bağlı ən qaranlıq ssenarilər qurmaq və hər vəziyyətdə fəlakət gözləmək adi hala çevrilir. Psixologiyada katastrofik düşünmə adlanan bu hal insanın həm emosional, həm də fiziki sağlamlığına ağır zərbə vurur. İnsan hər xırda detalı böyüdərək özünü davamlı təhlükə içində hiss edir və bu da həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Bəs bu destruktiv vərdişin əsl kökündə nə dayanır və ondan qurtulmağın yolları hansılardır? Bu suallara aydınlıq gətirmək üçün Oxu24.com olaraq mütəxəssisə müraciət etdik.
Mövzu ilə bağlı suallarımızı cavablandıran psixoloq Nizami Orucov ətraflı açıqlama verib.
Katastrofik düşüncənin səbəbləri: Beyin bizi qoruyur, yoxsa gərginlik yaradır?
Psixoloq bildirib ki, insan beyni təhlükələri vaxtında görmək və bizi qorumaq üçün proqramlaşdırılıb. Ona görə də bəzən riskləri əvvəlcədən qiymətləndirmək normal və hətta faydalıdır. Lakin bu düşüncə tərzi davamlı xarakter alır, insan hələ heç nə baş verməmiş ən pis nəticəni qaçılmaz kimi qəbul edirsə, bu artıq narahatlıqla əlaqəli ola bilər.
Psixoloq qeyd edib ki, bu zaman insan kiçik bir gecikməni böyük bir fəlakət kimi, adi bir sağlamlıq əlamətini isə ağır xəstəlik kimi yozmağa başlayır. Bu düşüncə tərzinin formalaşmasında müxtəlif amillər rol oynayır:
•Uzunmüddətli stress və yüksək narahatlıq səviyyəsi
•Keçmişdə yaşanmış travmatik hadisələr
•Ailədə daim təhlükə yönümlü düşüncələrin olması
•Qeyri-müəyyənliyə dözümsüzlük
“Beyin sanki “hazırlıqlı olsam, zərər görmərəm” prinsipi ilə işləyir. Amma paradoks ondadır ki, bu düşüncə insanı qorumaq əvəzinə onu davamlı gərgin vəziyyətdə saxlayır. Həmçinin, son illərdə sosial şəbəkələr və fasiləsiz mənfi xəbər axını da insan hər gün çoxlu neqativ məlumatla qarşılaşdıqda dünyanın daha təhlükəli görünməsinə səbəb olaraq bu vəziyyəti gücləndirir”,- deyə Nizami Orucov vurğulayıb.
Bu vəziyyətdən necə xilas olmaq olar?
Nizami Orucovun sözlərinə görə, belə halların qarşısını almaq tamamilə mümkündür:
“İlk növbədə insan düşüncələrinin həmişə fakt olmadığını dərk etməlidir. Özünə “Bu qorxumun real sübutu varmı?”, “Başqa hansı ehtimallar mümkündür?” kimi suallar vermək düşüncələri daha obyektiv qiymətləndirməyə kömək edir.
Stressin idarə olunması, kifayət qədər yuxu, fiziki aktivlik və nəfəs məşqləri də narahatlığın azalmasına müsbət təsir göstərir”.
Sonda psixoloq əlavə edib ki, əgər ən pis ssenarini düşünmək artıq gündəlik həyatın keyfiyyətini pozur, insanın işinə, münasibətlərinə və ya sağlamlığına təsir edirsə, psixoloqa müraciət etmək faydalı olar. Çünki bu cür düşüncə tərzini dəyişmək mümkündür və uyğun psixoloji dəstək vasitəsilə insan hadisələrə daha realist və balanslı yanaşmağı öyrənə bilər.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.