İyulun son günlərində bəxti gətirəcək 4 bürc
26 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
156
23.07.2026, 16:10
Bələdiyyələrin müxtəlif torpaq sahələri ilə bağlı vətəndaşlardan ödəniş tələb etməsi zaman-zaman mübahisələrə səbəb olur. Xüsusilə bələdiyyəyə aid olmayan ərazilərlə bağlı pul yığılması halları insanların haqlı narazılığına səbəb olur. Hüquqşünasların fikrincə, belə hallarda vətəndaşlar qanunvericiliyin onlara verdiyi hüquqları bilməli və qanunsuz tələblərlə razılaşmamalıdırlar.
Oxu24.com-a açıqlama verən vəkil Əminə İsmayılzadə bildirib ki, bu mövzu ilə bağlı vətəndaşlardan tez-tez müraciətlər daxil olur. Onun sözlərinə görə, ən çox verilən suallardan biri bələdiyyələrin öz səlahiyyətlərinə aid olmayan torpaq sahələri ilə bağlı ödəniş tələb edib-edə bilməməsi ilə bağlıdır.
Vəkil qeyd edib ki, bu sualın cavabı əslində qanunvericilikdə kifayət qədər aydındır.
“Əgər söhbət bələdiyyənin topladığı hər hansı ödənişdən gedirsə, bu yalnız qanunla müəyyən edilmiş vergi, rüsum və ya digər ödənişlər çərçivəsində mümkündür. Həmin ödənişlər isə yalnız bələdiyyənin mülkiyyətində və ya idarəçiliyində olan torpaq sahələri ilə bağlı tətbiq oluna bilər”, – deyə Əminə İsmayılzadə bildirib.
Onun sözlərinə görə, bələdiyyənin hüquqi səlahiyyətləri yalnız ona məxsus torpaq sahələrini və qanunla müəyyən edilmiş fəaliyyət istiqamətlərini əhatə edir.
“Əgər torpaq sahəsi bələdiyyəyə məxsus deyilsə, həmin əraziyə görə vətəndaşdan hər hansı ödəniş tələb olunmasının hüquqi əsası yoxdur. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan rüsum və ya digər ödənişləri tələb edə bilər. Özünə aid olmayan torpaq sahəsi üzrə vətəndaşa maliyyə öhdəliyi qoymaq qanuna ziddir”, – deyə vəkil vurğulayıb.
Əminə İsmayılzadə bildirib ki, bəzi hallarda vətəndaşlar hansı torpaq sahəsinin dövlətə, hansının isə bələdiyyəyə məxsus olduğunu dəqiq bilmədikləri üçün qanunsuz ödənişlər etməyə məcbur olurlar.
Onun sözlərinə görə, belə hallarda ilk növbədə torpaq sahəsinin hüquqi statusu dəqiqləşdirilməlidir.
“Torpağın kimin balansında olduğu, hansı quruma məxsus olduğu rəsmi sənədlərlə müəyyən edilir. Əgər bələdiyyə həmin torpaq üzərində mülkiyyət və ya idarəetmə hüququna malik deyilsə, ondan hər hansı ödəniş tələb etmək səlahiyyəti də yoxdur”, – deyə o bildirib.
Vəkil qeyd edib ki, qanunsuz ödəniş tələbi ilə üzləşən vətəndaşlar bunu qəbul etməməli, tələb olunan ödənişin hansı hüquqi əsasla istənildiyini yazılı şəkildə soruşmalıdırlar.
Əgər təqdim olunan əsas qanunvericiliyə uyğun deyilsə və ya ümumiyyətlə təqdim olunmursa, vətəndaşlar aidiyyəti dövlət qurumlarına, inzibati orqanlara və zərurət yarandıqda məhkəməyə müraciət edərək öz hüquqlarını müdafiə edə bilərlər.
Əminə İsmayılzadə vurğulayıb ki, dövlət qurumlarının, o cümlədən bələdiyyələrin fəaliyyəti yalnız qanun çərçivəsində həyata keçirilməlidir və heç bir qurum qanunda nəzərdə tutulmayan ödənişi vətəndaşdan tələb edə bilməz.
“Qanunvericilik bu məsələdə kifayət qədər aydındır. Bələdiyyəyə məxsus olmayan torpaq sahəsinə görə hər hansı ödənişin tələb olunması hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Vətəndaşlar belə hallarla qarşılaşdıqda hüquqlarını bilməli və qanunsuz tələblərlə razılaşmamalıdırlar”, – deyə vəkil Əminə İsmayılzadə əlavə edib.
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.