Dənizdə batan şəxs görün kim İMİŞ -FOTO
26 İyul 2026, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
196
22.07.2026, 14:59
Günümüzdə bir çox insan şəxsi problemlərini və daxili narahatlıqlarını ən yaxın doğmalarından gizlətməyə, bunun əvəzinə yad şəxslərə və ya mütəxəssislərə içini tökməyə meyil edir. İlk baxışdan bu hal təəccüblü görünə bilsə də, əslində bunun arxasında dərin emosional mexanizmlər dayanır. Doğma insanlarla münasibətlərdə mühakimə olunmaq, zəif görünmək və ya qarşı tərəfə əlavə yük olmaq qorxusu tez-tez özünü biruzə verir. Yad insanlarla və ya peşəkar psixoloqla ünsiyyətdə isə bu cür emosional gərginliklər yaşanmır və fərd özünü daha təhlükəsiz hiss edir. Bəs insanları doğmalarından uzaqlaşdıran və yadlara daha çox güvənməyə sövq edən əsas psixoloji səbəblər hansılardır? Emosional məsafə və mühakimə olunmaq qorxusu bu prosesdə necə rol oynayır?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən psixoloq Vəfa Rəşidova məsələnin psixoloji tərəflərini şərh edib.
Psixoloq bildirib ki, yad insanlara iç dünyasını açmaq bir çox hallarda yaxınlarla müqayisədə daha rahat olur:
"İnsan öz doğmalarının gözündə və düşüncəsində müəyyən bir obrazda olur. O hesab edir ki, əgər yaşadığı çətinliyi və ya zəifliyini yaxınlarına danışarsa, onların yanında illərlə formalaşdırdığı o “güclü obraz” yıxıla və sarsıla bilər. Məhz bu obrazı zədələməmək üçün insanlar doğmalarının qarşısında daxili problemlərini gizlətməyə üstünlük verirlər”.
V. Rəşidovanın sözlərinə görə, doğmalarla olan sıx emosional bağ bəzən baryerə çevrilir:
"İnsanlar çox vaxt düşünürlər ki, öz dərdlərini yaxınlarına danışanda onları incitmiş və ya onlara ağır yük yükləmiş olurlar. Emosional bağ güclü olduğu üçün insan sevdiklərini üzməmək adına illərlə müəyyən problemlərini daxilində daşıya, hətta onları heç vaxt üzə çıxarmaya bilər”.
Psixoloq emosional məsafənin və güvən faktorunun vacibliyini də xüsusi vurğulayıb:
"Yad insanlarla emosional bağ olmur və insan rahat olur ki, “danışdım, elə oradaca da qaldı”. Lakin doğma insanlara nəsə danışanda, gələcəkdə hər hansı bir münasibət pozuntusu və ya münaqişə yarandıqda, həmin yaxın adam əsəbləşərək bu zəiflikləri insanın üzünə vura bilər. İnsanlar gələcəkdə bu cür mənfiliklərlə qarşılaşmamaq üçün problemlərini yaxınlarından gizlədirlər”.
Niyə peşəkar psixoloqa danışmaq daha rahatdır?
Mütəxəssis yaxınların qınaması ilə psixoloqun neytral yanaşması arasındakı fərqə də toxunub:
"Psixoloqa müraciət etmək və onunla bölüşmək daha rahatdır, çünki psixoloq pasiyenti danlamır, yarğılamır və “düz etdin/səhv etdin” deyə mühakimə etmir. Yaxın insanlarla bölüşəndə isə çox vaxt qarşı tərəf günahlandırma taktikasından istifadə edir. Bu da insanda dərin peşmanlıq yaradır, hətta onu depressiyaya salır ki, “mən niyə bunu yaxınıma danışdım, o məni qınadı və ya günahlandırdı”. Məhz günahlandırılmamaq və mühakimə olunmamaq mühiti olduğuna görə insanlar psixoloqa içlərini tökməyi daha üstün tuturlar”,- deyə Vəfa Rəşidova əlavə edib.
Çimnaz Telmanqızı
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.