Dənizdə batan şəxs görün kim İMİŞ -FOTO
26 İyul 2026, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
191
20.07.2026, 17:50
Beynəlxalq axtarışda olan şəxs Serbiya Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiya Respublikasında müəyyən edilən daha bir şəxsin iyulun 19-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda,yəni 90.869 (90 min 869 manat) manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Səbuhi Elburus oğlunun yeri Serbiya Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Serbiya Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Məmmədov Səbuhi Elburus oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Serbiya Respublikasının Belqrad şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.