Dənizdə batan şəxs görün kim İMİŞ -FOTO
26 İyul 2026, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
229
13.07.2026, 10:34
Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Şimalda müharibə şəraitində olan bir qonşumuz, cənubda isə müharibə şəraitində olan digər qonşumuz var və Azərbaycan onların arasında yerləşir. Təbii ki, ölkəmizi qorumaq və imkan daxilində sülhün əldə olunmasına töhfə vermək bizim üçün ciddi narahatlıq doğuran məsələlərdəndir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Düşünürəm ki, təkcə biz deyil, bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün səy göstərən vasitəçi ölkələr də buna inanırlar. Xüsusilə Pakistanı qeyd etmək istərdim. Əziz dostum, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ABŞ ilə İran arasında vasitəçilik istiqamətində həqiqətən böyük iş gördülər və mühüm nəticə əldə etdilər. Təəssüf ki, bu nəticə uzun sürmədi. Amma ümid edirəm ki, hazırkı qarşıdurma da uzunmüddətli olmayacaq. Mən əminəm ki, sülh mümkündür. Əks halda, buna inanmadığınız halda yaşamaq çox çətin olar. Əsas məsələ sülh əldə olunduqdan sonra regionun necə görünəcəyidir. Burada müxtəlif ssenarilər və fərqli yanaşmalar mövcuddur. Bir çox ölkə öz strateji maraqlarına uyğun siyasət yürüdür. Azərbaycana gəlincə, bizim yeganə istəyimiz sərhədlərimizdən kənarda da sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh olsa da, sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz. Biz Azərbaycanda cəmi bir ildən azdır ki, tam sülh şəraitində yaşayırıq.
Bundan əvvəl 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi, sonra atəşkəs dövründə müxtəlif silahlı toqquşmalar, ardınca yenidən gərginliklər və nəhayət, İkinci Qarabağ müharibəsi baş verdi. Biz müharibəsiz həyatı təsəvvür edə bilmirdik. Yalnız son bir ildən az müddətdə sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji vəziyyəti və cəmiyyətin əhval-ruhiyyəsi üçün necə böyük üstünlüklər yaratdığını görürük”, - dövlət başçısı deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, bunun çoxsaylı müsbət nəticələri var: “Əlbəttə, istəyirik ki, həm cənubumuzda, həm də şimalımızda sülh mümkün qədər tez bərqərar olsun. Ancaq bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı və hansısa tərəfin ambisiyalarına deyil, hüquqa söykənməlidir. Beynəlxalq hüquq istənilən sülh üçün universal əsasdır. Məsələn, Ermənistanla müharibəyə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edildi. Biz uzun illər bu problemi sülh yolu ilə həll etməyə çalışdıq. Bu mümkün olmayanda isə suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Məqsədimizə çatdıq və bundan sonra irəli getmədik”.
Prezident İlham Əliyev vurğulayıb ki, məhz burada dayanmaq çox vacib idi: “Mən hesab edirəm ki, hərbi əməliyyatların aktiv mərhələsi başa çatdıqdan sonra dayanmağı bacarmaq ən mühüm məsələlərdən biridir. Bu, asan deyil. Biz bunu çox yaxşı anlayırıq. Biz 30 il bu ağrını qəlbimizdə daşıdıq. Amma lazım olan anda dayandıq. Biz bunu müharibənin sonsuza qədər davam etməməsi üçün etdik. Əlbəttə, başqa seçimlərimiz də ola bilərdi. Amma məsuliyyət və müdriklik müharibəni vaxtında dayandırmağı tələb edirdi. Əgər biz dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Ola bilsin ki, aşağı intensivliklə, bəzən səngiyərək, bəzən yenidən alovlanaraq. Amma insanlar yenə də həyatını itirəcəkdi. Mən hesab edirəm ki, Yaxın Şərqdə də eyni yanaşma tətbiq olunmalıdır. Hərbi qarşıdurmanın ən gərgin mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini, şəhərlərimizi dağıtdıqlarını, günahsız qadınları və uşaqları qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Ancaq bununla yanaşı anlayırıq ki, sülh son məqsəddir. Əlbəttə, emosional, psixoloji baxımdan qisas almaq istəyənlər olacaq. Mənim qonşularımıza çağırışım məsuliyyətli davranmaları, mümkün qədər tez dayanaraq münasibətləri normallaşdırmağa çalışmaları və bu qarşıdurmanın qlobal münaqişəyə çevrilməsinə imkan verməmələridir. Bu, çox böyük təhlükədir. Mən hər kəsi məsuliyyətli olmağa çağırıram və ümid edirəm ki, dostumuz Pakistanın vasitəçilik səyləri yenidən nəticə verəcək və qarşıdurmanın dayandırılmasına gətirib çıxaracaq”.
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.