5 Vəkil cərimələndi - Biri isə...
17 İyun 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5283
26.05.2026, 21:03
Pensiyaçılar, qazilər və şəhid ailələri üçün BÖYÜK ENDİRİM!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə start verilən “Sosial Tərəfdaş” layihəsi ölkədə sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.
Layihə çərçivəsində həssas əhali qruplarına – xüsusilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, eləcə də kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlara ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda xüsusi endirim imkanları təqdim olunur. Bu təşəbbüs dövlət-biznes tərəfdaşlığı modeli çərçivəsində sosial həmrəyliyin artırılmasına xidmət edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov layihənin əhəmiyyətini, onun biznes üçün üstünlüklərini və regionlarda qarşıya çıxa biləcək çağırışları şərh edib.
S.Məmmədov qeyd edib ki, bu cür sosial təşəbbüslər dünya praktikasında geniş yayılmış platformalardan biridir:
“İndiki halda nazirliyin təşəbbüsünə qoşulan kommersiya qurumları və biznes sektoru müəyyən edilmiş həssas qruplara güzəştlər etməklə cəmiyyət qarşısında öz sosial məsuliyyətlərini yerinə yetirmiş olurlar. Adətən belə qurumlar üçün bu, Korporativ Sosial Məsuliyyət (KSM) məsələsidir. Əlbəttə, bu cür təşəbbüslərə qoşulan biznes subyektləri heç bir halda uduzmurlar. Əksinə, xeyriyyə və sosial öhdəliklərini yerinə yetirməklə onlar cəmiyyətdə böyük nüfuz qazanır, öz brend imiclərini müsbət istiqamətdə formalaşdırır və nəticədə müştəri sayını əhəmiyyətli dərəcədə artırmış olurlar”.
Ekspert vurğulayıb ki, layihənin uğurlu və uzunmüddətli olması üçün həm şəffaflıq, həm də əlçatanlıq prinsipləri ən yüksək səviyyədə qorunmalıdır. Onun sözlərinə görə, vətəndaşların hansı obyektlərdə, hansı şərtlərlə və hansı məhsullara endirim əldə edə biləcəyi barədə məlumatlar tam açıq və anlaşıqlı olmalıdır. Bunun üçün rəqəmsal həllərin tətbiqi, vahid məlumat bazasının yaradılması və ictimai nəzarət mexanizmlərinin işə salınması vacibdir. Layihəyə tərəfdaş olan kommersiya qurumlarının siyahısı mütəmadi yenilənməli, daxil olan şikayət və təkliflər operativ şəkildə araşdırılmalıdır.
Liqa sədri xüsusilə vurğulayıb ki, layihənin coğrafi əhatə dairəsinin genişləndirilməsi ən həssas məqamlardan biridir. Belə ki, bu növ xidmətlərin yalnız böyük şəhərlərlə məhdudlaşması regionlarda yaşayan vətəndaşların layihədən kənarda qalmasına səbəb ola bilər:
“Əlbəttə, yaxşı olar ki, bu xidmət və satış sahələri yalnız iri şəhərlərdə deyil, eyni zamanda regionlarda da fəaliyyət göstərsin. Çünki rayonlarda, kəndlərdə yaşayan həssas qrup üzvləri üçün də bu imkanlar əlçatan olmalıdır”.
Ekspertin fikrincə, regionlarda qarşıya çıxa biləcək əsas çətinliklər sırasında böyük market və aptek şəbəkələrinin rayon mərkəzlərindən uzaq kəndlərdə az olması, eləcə də yerli sahibkarların layihəyə cəlb edilməsindəki zəiflik dayana bilər. Bölgələrdə yaşayan pensiyaçıların və ya əlilliyi olan şəxslərin endirimli xidmətlərdən yararlanmaq üçün şəhər mərkəzlərinə gəlmək məcburiyyətində qalması əlavə nəqliyyat xərcləri yaradır. Bu səbəbdən layihənin regional şəbəkəsinin genişləndirilməsi və yerli kiçik-orta biznes subyektlərinin də prosesə cəlb olunması tələb olunur.
Çimnaz Telmanqızı
16:51 / 17 İyun 2026
1
16:38 / 17 İyun 2026
33
16:37 / 17 İyun 2026
40
16:35 / 17 İyun 2026
45
16:30 / 17 İyun 2026
42
16:25 / 17 İyun 2026
141
16:24 / 17 İyun 2026
59
16:23 / 17 İyun 2026
136
16:11 / 17 İyun 2026
62
16:04 / 17 İyun 2026
387
16:00 / 17 İyun 2026
83
15:59 / 17 İyun 2026
74
15:54 / 17 İyun 2026
396
15:42 / 17 İyun 2026
449
15:37 / 17 İyun 2026
81
15:37 / 17 İyun 2026
89
15:32 / 17 İyun 2026
247
15:26 / 17 İyun 2026
74
15:22 / 17 İyun 2026
58
15:21 / 17 İyun 2026
76
15:13 / 17 İyun 2026
645
14:52 / 17 İyun 2026
364
14:15 / 17 İyun 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.