Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
860
26.05.2026, 20:22
Azərbaycanda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün növbəti mənzillərin verilməsi ilə bağlı müvafiq prosedurlara start verilib. Bəs gələcəkdə bu sosial mənzil proqramından digər həssas kateqoriyadan olan vətəndaşların da yararlanması mümkündürmü?
Mövzu ilə bağlı Oxu24.com-un sorğusuna Sosial Xidmətlər Agentliyindən rəsmi cavab verilib.
Agentlikdən bildirilib ki, ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və imtiyazlı kateqoriyadan olan digər vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
“Postmüharibə dövründə 7200 mənzil təqdim edilib”
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 44 günlük Vətən müharibəsindən sonra 5 dəfə genişlənib.
Rəsmi statistikaya əsasən:
1.Postmüharibə dövründə: Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə 7200 mənzil və fərdi ev verilib.
2.Ümumilikdə ötən dövrdə: Bu kateqoriyadan olan vətəndaşlara təqdim edilən mənzil və fərdi evlərin sayı 16 minə çatıb.
Hazırda hansı kateqoriyalar mənzillə təmin olunur?
Nazirlik tərəfindən uçota alınma tarixindən asılı olmayaraq, aşağıdakı kateqoriyadan olan şəxslər mənzillə təmin edilirlər:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
2. Şəhid ailələri;
3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət və ya xidməti vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.
Digər həssas qruplar proqramdan yararlana bilirmi?
Sorğumuza cavabda digər həssas kateqoriyaların da proqrama daxil edilməsi məsələsinə aydınlıq gətirilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə daha iki həssas qrupun sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.
Həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan:
•Gözdən əlilliyi olan şəxslər;
•Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları proqram çərçivəsində mənzillə təmin olunurlar.
Sosial Xidmətlər Agentliyindən həmçinin qeyd olunub ki, imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil təminatı qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında həyata keçirilir.
Çimnaz Telmanqızı
12:32 / 11 Noyabr 2026
1
12:29 / 11 Noyabr 2026
11
12:24 / 11 Noyabr 2026
23
12:19 / 11 Noyabr 2026
43
12:15 / 11 Noyabr 2026
60
12:09 / 11 Noyabr 2026
59
11:57 / 11 Noyabr 2026
370
11:50 / 11 Noyabr 2026
95
11:49 / 11 Noyabr 2026
108
11:43 / 11 Noyabr 2026
364
11:34 / 11 Noyabr 2026
80
11:32 / 11 Noyabr 2026
132
11:28 / 11 Noyabr 2026
133
11:16 / 11 Noyabr 2026
311
11:13 / 11 Noyabr 2026
81
11:11 / 11 Noyabr 2026
117
11:06 / 11 Noyabr 2026
100
10:56 / 11 Noyabr 2026
410
10:51 / 11 Noyabr 2026
108
10:45 / 11 Noyabr 2026
114
10:33 / 11 Noyabr 2026
104
10:19 / 11 Noyabr 2026
102
10:13 / 11 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.